istiƏgər havanın temperaturu 41 dərəcəyə çatsa…

Ölkədə yüksək temperatur qeydə alınsa, işin dayandırılması barədə xüsusi qərar verilə bilər. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib:
“Ölkə ərazisində 41 dərəcə və daha yüksək istilər müşahidə edilərsə, işin dayandırılıb-dayandırılmaması barədə məsələyə baxıla bilər”.
Azərbaycanda iyul ayının bəzi günlərində 41 dərəcədən artıq temperatur proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometereoloji Proqnozlar Bürosunun baş hidreloqu Asif Verdiyev bildirib ki, iyul ayının ayrı-ayrı günlərində Naxçıvanda və Mərkəzi Aran rayonlarında temperaturun 42 dərəcədən yüksək olacağı proqnozlaşdırılır.

Azərbaycanın Əmək Məcəlləsinə bir neçə ay öncə edilmiş dəyişiklikdən sonra havanın temperaturunun 41 dərəcəyə çatdığı günlərdə ölkə ərazisində iş dayandırılmalıdır. Əvvəlki qanunda bu hədd 45 dərəcə göstərilmişdi.