elizabeth-2“Mardan Palace”ın sahibi qonaqları qarşılamaq üçün 40 lüks avtomobil sifariş edib

Azərbaycanlı milyarder Telman İsmayılovun 1,4 milyard dollarlıq “Mardan Palace” oteli İngiltərə Kraliçası II Elizabeti qarşılamağa hazırlaşır. Lent.az-ın Türkiyənin “Axşam” qəzetinə istinadən verdiyi xəbərə görə, Kraliçanın otelə giriş tarixi sirr kimi saxlanılır.
İngilis xanımın otel kompleksinə daxil olan 7 özəl villadan birində qalacağı gözlənilir.
T.İsmayılov Kraliça və onu müşayiət edən şəxslərin aeroportla otel arasındakı yolu qət etmək üçün xaricdən 40 ədəd lüks avtomobil sifariş edib.
Maraqlıdır ki, İngiltərə Kraliçası II Elizabet Türkiyəyə ilk dəfə 1971-ci ildə səfər edib. İkinci dəfə isə o, 37 ildən sonra – keçən il qardaş ölkədə səfərdə olub. Ankara, Bursa və İstanbulu gəzən Kraliçanı həmin vaxt prezident Abdulla Gül müşayiət edib.