hostQaraqanın solo albomu “Qısaqapanma” tezliklə satışda…

Günümüzün tanınmış və maraqlı rep qrupu olan “H.O.S.T”-un növbəti proyekti yaxın günlərdə satışda olacaq.
İlk albomları “Proloq” ilə internet torundan üzə çıxmağı bacaran “H.O.S.T” ikinci albomları “Qarada Qırmızı” ilə Azərbaycan musiqi tarixində ilk kult və gənclər hərəkatına çevrilən qrup kimi yadda qaldılar.
Qrupdan Qaynar.info-ya verilən xəbərə görə, “H.O.S.T”-un növbəti proyekti Qaraqanın solo albomu “Qısa Qapanma” tezliklə şəhərin mərkəzi dükanlarında satışda olacaq.
“Qısa Qapanma” 21 trekdən ibarətdir. Artıq bununla bağlı internet saytı da fəaliyyətə başlayıb: qisaqapanma.com. Sayta albomdan bir neçə trekin demo versiyası yerləşdirilib. “Qısa Qapanma” nı dinləmək istəyənlər onu satışdan əldə edə bilərlər.