ciscoŞəbəkə nəhəngi Cisco Systems şirkəti korporativ ofis bazarında Microsoft korporasiyası və biznes xidmətləri sahəsində son vaxtlar məşhurlaşan Google Docs servisi ilə mübarizə aparmaq niyyətindədir. Cisco nümayəndələrinin açıqlamasında qeyd olunur ki, kompaniya WebEx onlayn-konfrans xidmətinin imkanlarını daha da təkmilləşdirərək, ona ofis sənədlərinin, elektron cədvəllərin və təqdimatların yaradılması imkanlarını əlavə etməyi planlaşdırır.Bu planlar bir başa olaraq Microsoft kompaniyasının maraqlarına toxunur. Belə ki, şirkətin Мicrosoft Office paketi bütün dünyada milyonlarla kompüterlərdə standart ofis proqramlar paketidir.Cisco şirkəti birbaşa Microsoft ilə rəqabət aparılması ifadələrindən ehtiyat edir, eyni zamanda Microsoft Cisco-nun bu planlarına şərh vermir. Əgər Cisco həqiqətən də WebEx-in ofis imkanlarını reallaşdıra bilsə, bu, şirkətlər arasındakı münasibətləri əhəmiyyətli dərəcədə mürəkkəbləşdirəcək, Cybersecurity yazır.Hazırda isə Cisco nümayəndələri qeyd edirlər ki, WebEx-in ofis funksionallığı üzərində işlərin yekun mərhələsində, istifadəçilər burada nəinki sənədləri yaradıb redəktə edəcək, həmçinin onlar üzərində birgə işləmək və məlumat mübadiləsi aparmaq imkanı əldə edəcəklər.