bayraq ters“Ayrılık ” serialında Azərbaycanın Dövlət Bayrağı masaya tərsinə qəyuldu

Bir müddətdir Türkiyənin TRT1 kanalında yayımlanmağa başlayan “Ayrılık ” serialının keçən həftəki bölümündə Azərbaycana qarşı, daha dəqiq desək, Azərbaycan bayrağına qarşı böyük hörmətsizlik edilib.
Azərbaycan Xəbərləri“-nin verdiyi xəbərə görə, serialın 11-ci bölümündə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin nümayəndə heyətinin iştirak etdiyi bir iclasda Azərbaycanın Dövlət Bayrağı tərs şəkildə masanın üzərinə qoyulub. Serialda dəfələrlə bu kadrın göstərilməsi bunun qəsdən və ya texniki səhv ücbatından baş verdiyi ilə bağlı suallar yaradır.
Qeyd edək ki,  Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya və Ermənistanda çəkilişləri aparılan serial əvvəllər də Azərbaycan ictimaiyyəti tərəfindən məlum səbəblərdən narazılığa səbəb olmuşdu.