ilhan-mansizÖtən illərdə “Beşiktaş” futbol klubunun və Türkiyə milli komandasının ulduzlarından olan İlhan Mansız Almaniyanın “1860 Münhen” komandası ilə məşqlərə başlayıb.

Azərbaycan Xəbərləri“-nin “Habertürk”ə istinadən məlumatına görə, sınağa alınan futbolçu bəyənildiyi təqdirdə klubla müqavilə imzalayacaq.

“Samsunspor”, “Beşiktaş”, “Vissel Kobe” ve “Ankaragücü” kimi klublarda oynayan İlhan idmançı karyerasını telekanallara və model biznesinə dəyişmişdi. Onun yaşadığı Münhen şəhərinin “1860 Münhen” klubu ucuz transfer axtarışına başlayan zaman İlhan Mansız yenidən futbolçu kimi gündəmə gəlib.

Sınağa alınan İlhan mətbuata açıqlamasında “özümü bir daha sübut etmək istəyirəm” deyib. Komandanın baş məşqçisi Evald Lienen isə İlhanin fiziki sınaqlarda ümidverici təəssürat yaratdığını qeyd edib: “İndi futbol texnikasının vəziyyətini dəyərləndirəcəyik”. Həkimlər İlhanın zədəsinin olmadığını açıqlayıblar.