adapterAparıcı telefon istehsalçıları Avropa Birliyinin vahid enerji doldurma qurğusunun buraxılışı və satışa çıxarılması barədə tələbi ilə razılaşıblar.Aparıcı on şirkət Avropa Komissiyasına gələn ildən AB hüdudlarında vahid enerji doldurma qurğusu ilə təchiz olunmuş telefonların satışını öhdəlik götürən memorandum təqdim ediblər. Memorandumu Apple, LG, Motorola, NEC, Nokia, Qualcomm, Research in Motion (RIM), Samsung, Sony Ericsson və Texas Instruments şirkətləri imzalayıblar. Bu barədə Interfax  xəbər yayıb.2010-cu ildən AB hüdudlarında satılacaq bütün telefonlar standart girişli micro-USB üzərindən doldurulacaq.Bu cür qurğu milyonlarla mobil rabitə istifadəçilərinin gündəlik həyatlarına rahatlıq gətirəcək. Lakin ən əsası odur ki, şirkətlər telefonları enerji doldurma qurğularsız satacaqlar. Belə vəziyyətdə isə nəinki komplektin qiyməti enəcək, həmçinin istifadə olunan resursların və zərərli maddə tullantılarının həcmi xeyli azalacaq.