sevgililer gunuİlham və Fərizənin məzarını yüzlərlə insan ziyarət etdi

Artıq bir neçə ildir ki, Azərbaycanda 30 iyun Sevgililər Günü kimi qeyd olunur. Xatırladaq ki, Milli Sevgililər Günü ideyasının müəllifi olan jurnalist Əvəz Zeynallı bu günün 1990-cı il yanvarın 20-də Bakıda törədilən qanlı hadisələrin qurbanları İlham və Fərizənin şərəfinə qeyd olunmasını təklif edib. Hər il ənənəvi olaraq bu gün xüsusi qeyd olunur – hələlik kütləvi olmasa da.

İlham və Fərizə 20 il öncə məhz iyunun 30-da ailə qurublar. Onların ailə səadəti 6 aydan bir az çox çəkib. 1990-cı ilin yanvarında sovet-rus qoşunlarının Bakıya hücumu zamanı gülləyə tuş gələn İlhamdan sonra onun gənc xanımı Fərizə də canına qıyaraq intihar edib və bu hərəkəti ilə müasir bir sevgi dastanı yazlb.

Bu gün yüzlərlə adam onların qoşa məzarını ziyarət edərək, Sevgililər Gününü qeyd ediblər. Şəhidlərin məzarına gül-çiçək dəstələri qoyulub.