cekson1İyunun 25-də vəfat edən dünya pop musiqisinin kralı Maykl Ceksonla vida mərasimi onun Kaliforniya ştatının cənubundakı “Neverland” rançosunda keçiriləcək.

Azərbaycan Xəbərləri“-nin  “TMZ.com” saytına istinadən verdiyi məlumata görə, müğənnin cəsədinin iyulun 2-də rançoya gətiriləcəyi gözlənilir. İyulun 3-ü və ya 4-ü vida mərasimi keçiriləcək və sənətkarın pərəstişkarları öz kumirləri ilə vidalaşa biləcəklər.
Bəzi məlumatlarda Ceksonun dəfn mərasiminin iyulun 5-də keçiriləcəyi bildirilsə də, müğənninin harada basdırılacağı haqqında hələ də məlumat verilməyib.
“Neverland”ın yerləşdiyi Santa-Barbara dairəsinin polisləri dəfn mərasimi zamanı təhlükəsizliyi təmin etmək üçün gücləndirilmiş iş rejiminə keçiblər.
Eyni zamanda məlum olub ki, Ceksonun təmiz aktivləri 2007-ci ilin martında 236 milyon dollar təşkil edib. Onun borcu isə həmin dövr üçün 331 milyon dolları keçib. Agentliyin əldə etdiyi sənədlərdə Ceksona məxsus rançonun, onun disklərinin, eləcə də avtomobil parkının və kolleksiya əşyalarının qiyməti hesablanıb. “Neverland”ın özü 33 milyon dollar qiymətində dəyərləndirilib
Qeyd edək ki, Ceksonun vəsiyyətnaməsində onun mirası 3 uşağı və anasının arasında bölünüb. Müğənni mirasından atasına heç nə verməyib.