Neft-daqilib-eraziyeKəmərin qanunsuz deşilməsi nəticəsində neft 200 kvadrat metrə əraziyə yayılıb

Bakı-Novorosiysk neft kəmərinin Dağıstan ərazisindən keçən hissəsində kəmərin qanunsuz deşilməsi faktı qeydə alınıb. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzinin mətbuat xidmətindən bildiriblər.

Mərkəzin əməkdaşlarının verdikləri məlumata görə, onlara yerli vaxtla səhər saat 9:10-da (Bakı vaxtı ilə saat 10:10-da) Qatubə yaşayış məntəqəsi yaxınlığında Bakı-Novorosiysk neft kəmərinin qanunsuz kəsilməsi ilə bağlı məlumat daxil olub. İlkin məlumata görə, neft 150-200 kvadrat metr əraziyə yayılıb.

Hadisə yerində FHN-nin operativ qrupu işləyir.