Resad%20Sadiqov(2)Azərbaycanın futbol üzrə milli komandasının kapitanı Rəşad Sadıqov “Qarabağ” klubunda oynayacaq. Bu barədə çərşənbə axşamı Trend News-a futbolçunun özü məlumat verib.”Qarabağ” klubunun müdafiəçisi Aftandil Hacıyev zədəli olduğu üçün komandanın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında onlara kömək etməyimi xahiş edib. Bu axşam Türkiyəyə yola düşəcəm”, – Sadıqov əlavə edib.

Hazırda Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” klubunun Avropa Liqasında Norveçin “Rusenborq” klubu ilə oynayacağı gözlənilir.”Türkiyəyə getmək variantı alınmasa, karyeramı Azərbaycanda davam etdirəcəm”, – bunu daha öncə  Trend News-a millinin kapitanı, ötən mövsüm Türkiyənin “Kocelispor” klubunda oynayan Sadıqov demişdi.

Azərbaycan milli komandasının kapitanı olan Sadıqov son mövsümün ikinci dövrəsində Türkiyənin “Kocaelispor” klubunda çıxış edib. 27 yaşlı Sadıqov Azərbaycan klublarından daha çox “Neftçi”də çıxış edib.

Sadıqovun sözlərinə görə, Türkiyə klublarından biri ilə müqavilə bağlaması hələ də gündəmdədir.