nvidiaNvidia şirkəti Computex sərgisində Tegra mobil platformasında yığılmış 12 qurğu nümayiş etdirib. Bunların arasında bir neçə netbuk mövcuddur. Tegra platforma bazasında yığılan netbuklar bir dəfə enerji ilə doldurduqda 25 gün musiqi dinləmək və ya 10 saat 1080p formatlı HD-videoya baxmaq mümkündür. Cari ilin sonuna kimi satışa çıxarılması nəzərdə tutulan yeni qurğuların qiyməti 200 ABŞ dolları təşkil edəcək, www.proua.com yazır. Nvidia-nın məlumatına görə, hazırda Tegra bazasında 20-dən çox qurğu işlənib hazırlanma mərhələsindədir. Bütün qurğular ARM mikroarxitekturalı prosessorla təchiz olunurlar. Əvvəlcə bu platforma qiyməti 100 dollardan çox olmayan internet-qurğular üçün nəzərdə tutulmuş həll kimi təqdim olunurdu. Nvidia Tegra mobil platforması bir çipdə ARM mikroarxitekturası bazasında prosessoru, qrafik çipi, yaddaş və giriş/çıxış kontrollerlərini birləşdirir. Tegra bazasında yığılan qurğular veb-həllərlə işləmək üçün təkmilləşdirilib və  Microsoft Windows Embedded əməliyyat sistemini dəstəkləyirlər. Yüksək dəqiqlikli video yazmaq və təsvir etmək imkanına malik bu qurğular həmçinin Wi-Fi və 3G modulları ilə təmin olunublar.