googleGoogle şirkəti Squared adlı yeni axtarış servisini istifadəyə verib. Tərtibatçıların sözlərinə görə, yeni servis internet istifadəçilərinə təqdim olunan hazırkı axtarış sistemlərindən xeyli fərqlidir. Belə ki, Squared bu və ya digər sorğuya cavab olaraq müvafiq mövzu üzrə saytlar təqdim edən adi servislərdən fərqli olaraq istifadəçi sorğusu əsasında informasiyanı toplayır və bu informasiyanı interaktiv cədvəl şəklində əks etdirir. Təqdim olunan cədvəl istifadəçini qane etmədikdə, o bu cədvəli öz ixtiyarı üzrə redaktə edə bilər. Squared-in müəlliflərinin fikrincə, yeni servis müxtəlif saytlara müraciət etmədən dərhal iri həcmdə informasiya əldə etmək istəyən istifadəçilər üçün faydalı olacaq, Lenta yazır.