skinhedArtıq dörd gündür ki, Rusiyanın Nijeqordsk vilayətindəki müsəlmanlar əndişədədir. Naməlum şəxslər Balaxnada artıq tikilib istifadəyə verilməyə hazır olan məscidə od vuraraq yandırıblar. Özü də həmin məscid artıq ikinci dəfədir ki, yandırılır: aprelin sonlarındakı yanğın binaya ciddi zərər vurmamışdı.
İndiki yanğın isə məscidi viran qoyduğundan binanı yenidən tikmək lazım gələcək.

Nijeqordsk milisinin dediyinə görə, onlar ultramillətçi qruplaşmalardan, yəni “dazbaşlar”dan şübhələnirlər.
“Skinhedlər” kimi də tanınan bu ifrat millətçilər Balaxnada özlərini xeyli rahat hiss edirlər. Şəhərdəki azərbaycanlılar şübhə etmirlər ki, “dazbaşlar”ın dövlət strukturlarında havadarları var və əməllərinə görə cəzalandırılmayacaqlar.

“İki il əvvəl “dazbaşlar” Balaxna bazarına hücum çəkmişdilər. Onlar qarşılarına çıxanı vəhşicəsinə döyürdülər. “Dazbaşlar”ın ot hücümunda 5 azərbaycanlı ağır yaralandı. Hadisə yeriən milis gəldi, protokol yazdılar, ifadələrimizi aldılar. Amma nə cinayət işi qaldırılmadı, nə də bu işə görə bir adam cinayət məsuliyyətinə cəlb olunmadı. İndi də məscidi yandırıblar, çünki cəzasız qalacaqlarına əmindirlər. O məscidin tikilməsində Balaxnadakı bütün müsəlmanlar təki, bizim də əməyimiz vardı. Allahın evinə od qoyanlar hədlərini aşan, azğınlaşan adamlardır. Onların barəsində ölçü götürülməsə, sabah “skinhed”lərin nə edəcəklərini düşünmək belə, adamı narahat edir”, – Balaxnadakı azərbaycanlıların “Bakı” icma təşkilatının rəhbəri Azər Qulamov dedi.

Bu şəhərdəki “dazbaş”lar gerçəkdən də, cəzasız qalacaqlarını düşünürlər. Belə ki, şəhər bazarına hücumdan sonra onlar 3 dağıstanlı ilə 4 ermənini vəhşicəsinə döyüblər. Ötən ayın ortalarında isə özbək miqrant qətlə yetirilib.
Nijoqordsk vilayəti milli dözülməzlik zəminində törədilmiş cinayətlərin sayına görə Rusiyada Moskva və Sankt-Peterburqdan sonra üçüncü yerdədir.

Miqrantlar döyülür, onların yaşadıqları mənzillər yandırılır, dükanları alt-üst edilir, ən sonda da məscid yandırılır.
Bütün bunlar Nijni Novqorod şəhərindən cəmi 25 km aralıda baş verir.

Privoljsk nəqliyyat prokurorluğunun rəisi Aleksadr Poltinin deyir ki, Balaxnada baş verən son hadisələrdə “dazbaş”ların əli olduğuna artıq çox az şübhə var.

“Balaxna milisi neofaşizm təzahürlərinin qarşısını almaq üçün heç nə etmir. Şəhərin kənarındakı dəmiryol stansiyasının yanındakı bütün hasarlaa faşist svastikası çəkilib. Azərbaycanlılara hücumlara gəldikdə isə, bəli, əfsuslar olsun ki, belə faktların sayı az deyil. Bəhs etdyiiniz bazara hücum olayı zamanı orada 30 skinhed vardı. Onlar azərbaycanlılarla davaya başlayıb. 2 azərbaycanlı ağır vəziyyətdə xəstəxanaya aparılmışdılar. Bundan başqa, dava zamanı “dazbaşlar” azərbaycanlılardan birinin mobil telefonunu oğurlamışdı. Sonradan həmin telefon vasitəsilə Balaxnadakı azərbaycanlılara hədə-qorxu SMS-ləri göndərilib. Bəhs etdiyim cinayətlə bağlı 10 gənc şərti həbs cəzası almışdılar. Lakin aşkar görünür ki, qərarlar və cəzalar yetərli deyil”, – A.Poltinin söyləyib.

Məscidin yandırılmasında “dazbaşlar”ın əsas şübhəlilər bilinməsində təəccüblə heç nə yoxdur.

“Mindən artıq müsəlmanın yaşadığı şəhərdə məscidin yoxluğu həllini tələb edən problemə dönmüşdü. Müsəlmanlar məscidin açılışını səbirsizliklə gözlədiklərindən yanğın onları şoka saldı. Məscidin taxta binası bütünlüklə yanıb”, – Nijeqordsk Vilayət Müsəlmanların Dini İdarəsinin iformasiya şöbəssinin rəhbəri Elvira Arifulina deyir.
Onun sözlərinə görə, məscidin dağılmış daş divarından birinə qırmızı boya ilə altıguşəli xaç şəkli çəkilib.

Xatırladaq ki, Rusiyada son iki il ərzində Şuya (İvanovo vilayəti), Dzerjinsk (Nijoqorodsk vilayəti), Yaroslavl, Novqorod, Bratsk (İrkutsk vilayəti) və Usinsk (Komi Respublikası) şəhərlərində məscidlərə od vurulub.

Balaxnada baş vermiş hadisə Moskva və Sankt-Peterburşdakı soydaşlarımızı da narahat edib. Onlar Rusiya DİN-nə müraciət edərək “dazbaşlar”ın əməllərinin cəzalandırılmasını tələb ediblər.