windows 7Microsoft Windows 7 əməliyyat sisteminin (ƏS) satışa çıxarılması cari ilin oktyabr ayının 22-nə nəzərdə tutulub. Bu barədə Microsoft-un vitse-prezidenti Bill Veqte bildirib. Xatırladaq ki, bundan əvvəl ƏS-nin Milad bayramı ilə əlaqədar satış kompaniyalarının başlanmasına kimi çıxarılacağı gözlənilirdi. B.Vexte qeyd edib ki, oktyabrın 22-də satışda Windows 7 ilə təchiz olunmuş kompüterlər olacaq. Bu tarixdən etibarən istifadəçilər əməliyyat sisteminin həmçinin ayrıca disklərdə təqdim olunmuş versiyalarını əldə edə biləcəklər. Windows 7 üzərində işlər 2009-cu ilin iyul ayının sonuna kimi başa çatacaq. Bundan sonra ƏS-nin yeni kompüterlərdə quraşdırılması üçün nəzərdə tutulmuş versiyaları kompüter istehsalçılarına göndəriləcək, Lenta  yazır. Windows 7 əməliyyat sisteminin işlənib hazırlanmasına 2007-ci ildə başlanılmışdır. İlk dəfə o, 2008-ci il 28 oktyabr tarixində nümayiş etdirilmişdir. May ayında isə Microsoft-un saytında Windows 7-nin tam hazır variantına namizəd versiyası (release-candidate) yerləşdirilmişdir. Versiyanı istənilən istifadəçi yükləyə bilər.