tür-azFutbol üzrə Türkiyə və Azərbaycan yığma komandaları arasında yoldaşlıq görüşü keçirilib. “Kadir Has” stadionunda baş tutmuş görüşdə ev sahibləri qələbə qazanıblar. Oyunun ilk hissəsində qapılara qol vurulmasa da, 2-ci hissədə rəqib üstünlüyə nail olub. Qarşılaşmanın 51-ci dəqiqəsində Rəşad Sadıqov cərimə meydançasında rəqib oyunçuya qarşı kobudluq etdiyinə görə, qırmızı vərəqə ilə cəzalandırılıb və meydanı tərk edib.
Qapımıza təyin olunan 11 metrlik cərimə zərbəsindən Semih Şəntürkün vurduğu topu isə qapıçımız Fərhad Vəliyev tutub. Bundan 18 dəqiqə sonra Hamit Altıntopun zərbəsi qapı çərçivəsinə düşüb. İlk qoldan çox keçməmiş, qarşılaşmanın 74-cü dəqiqəsində İbrahim Üzülməz komandasının 2-ci qoluna imza atıb.
Beləliklə, Türkiyə – Azərbaycan matçı 2:0 hesabı ilə başa çatıb.