tehsil nazirliyiTəhsil Nazirliyi xarici ölkələrin ali məktəblərində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na daxil edilməsi məqsədi ilə müsabiqə elan edir. Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə əsasən, müsabiqədə orta və ali məktəbdə təhsil aldığı dövrdə yüksək nailiyyətlər əldə edən, xarici ölkələrin ali məktəblərində təhsil alan və ya təhsil almağa dəvət olunan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən namizədlər ərizə-əsaslandırma, doldurulmuş xüsusi anket forması (Təhsil Nazirliyində əldə edilir), tövsiyə məktubu, xarici ali məktəb tərəfindən təqdim olunmuş rəsmi dəvət məktubu, xaricdə təhsil alanlar təhsil almaları və aldığı qiymətlər barədə arayış (qiymət kitabçası və ya transkriptin surəti), bakalavr dərəcəsinə malik olanlar bitirdiyi ali məktəb tərəfindən verilən bakalavr haqqında diplomun və diploma əlavənin sürətləri, magistr dərəcəsinə malik olanlar bitirdiyi ali məktəb tərəfindən verilən bakalavr və magistr haqqında diplomların və diplomlara əlavələrinin sürətləri və digər sənədlərini nazirliyə təqdim etməlidirlər.

Təqdim olunan sənədlər Azərbaycan dilinə tərcümə edilməli və notarial qaydada təsdiq olunaraq təqdim olunmalıdır. Sənədlər hər gün saat 10.00-dan 18.00-dək Təhsil Nazirliyində qəbul edilir. Müsabiqə barədə ətraflı məlumatı Təhsil Naziliyindən və 496-33-11; 496-34-00 (daxili: 260; 288) əlaqə telefonlarından əldə etmək mümkündür.