samsungSamsung Electronics şirkəti 12 meqapikselli mobil telefonu dünyada birinci təqdim etmək niyyətindədir. Avropada iyun ayının sonunda satışa çıxarılacaq həmin modelin adı Pixon12 olacaq. Qeyd edək ki, Pixon12 2008-ci ildə buraxılmış və 8 meqapikselli kamera ilə təchiz olunmuş Pixon M8800 modelinin müasirləşdirilmiş variantıdır. Yeni mobil telefonun displey diaqonalı 3,1 düym təşkil edir. Burada quraşdırılmış kamera saniyədə 30 kadr sürəti ilə 720×480 piksel təsvir ölçüsündə video yazmaq imkanına malikdir. Həmçinin GPS və FM-radio modulları ilə təmin olunmuş Pixon12-də HSPA-modulu və Wi-Fi quraşdırılıb, Lenta yazır. Xatırladaq ki, Samsung-un rəqibi Sony Ericsson şirkəti 2008-ci ilin sonunda 12 meqapikselli Satio qurğusunu təqdim etmişdir. Lakin bu qurğu cari ilin dördüncü rübündə satışa çıxarılacaq. Bundan əlavə LG şirkəti də 12 meqapikselli mobil telefon təqdim etməyi planlaşdırır.