qoyunGirov götürülən rayon sakinini isə yarı yolda buraxıblar

Dünən ermənilər Gədəbəydə təmas xəttini keçərək yerli azərbaycanlı sakinlərdən birini qoyun otararkən girov götürüblər. Qaynar.info-nun

Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, iyunun 2-də saat 14.00 radələrində Gədəbəy rayonundakı “Ağdaş” adlanan ərazidə Qaravəllər kənd sakini İsrafil Həsənov kənd sakinlərinə məxsus 200 baş qoyunu otararkən erməni millətindən olan 2 nəfər onu ov tüfəngi ilə hədələyərək qoyunlarla birgə Ermənistan istiqamətində aparıb.

Ermənilər daha sonra İ.Həsənovu buraxsalar da, qoyunları aparıblar.

Faktla bağlı araşdırmalar aparılır.