air franceAtlantik Okeanın üzərində yoxa çıxmış Aerobus A-330 sərnişin təyyarəsini axtaran Braziliyanın hərbi hava qüvvələri suyun səthində qalıqların aşkarlandığını xəbər veriblər.

Braziliyanın hərbi təyyarələri bu qalıqları okean sularının səthində qeydə alıblar.

Braziliya hərbi hava qüvvələrinin sözçüsü deyib ki, bu qalıqların məhz yoxa çıxmış Aerobus A-330 təyyərəsinə məxsus olduğu hələ rəsmən təsdiqlənməyib. Hərçənd qeydə alınan qalıqlar arasında təyyarə oturacaqları da var.

Aerobus A-330 Rio de Janeyrodan Parisə reys edirdi. Bazar ertəsi günü qasırğalı hava zolağından keçdikdən və göyərtədə qisa elektrik qapanmasından sonra təyyarə yoxa çıxdı.

Təyyarənin göyərtəsində 220 nəfər var idi.