futbolçuTürkiyə – Azərbaycan oyununu çox sayda əcnəbi menecer izləyəcək

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bir neçə gün öncə Vaqif Cavadovun Ağdam klubunu tərk edə biləcəyi ilə bağlı xəbər vermişdik. Qurbanov Rusiya klublarının diqqət mərkəzində olan forvardın karyerası naminə “Qarabağ”ın onunla yollarını ayırmasının mümkün olduğunu bildirmişdi. Fanat.az-ın əldə etdiyi məlumata görə, Cavadovla maraqlanan klubların menecerləri Türkiyəyə yollanacaq. Belə ki, menecerlər Kayseri şəhərindəki “Kadir Has” stadionunda keçiriləcək Türkiyə – Azərbaycan oyununu canlı izləyəcək. Rusiyalı menecerlərlə yanaşı, türkiyəli futbol adamları da Türkiyə – Azərbaycan matçını canlı izləyəcək. Fanat.az-ın əldə etdiyi məlumata görə, türk menecerlərin hədəfində Rəşad Sadıqovla adı açıqlanmayan başqa bir futbolçumuz olacaq. Artıq “Kocaelispor”dan gedəcəyi dəqiqləşən Rəşadla adı məlum olmayan komanda yoldaşının karyerasını Türkiyə Superliqasında davam etdirəcəyi deyilir. Daha doğrusu menecerlər bu oyundan sonra konkret təkliflərlə çıxış edəcək.