molodoyKönüllü əsirlər 10 gün idi ki, hərbi xidmətə çağrılmışdılar

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumata görə, mayın 31-i saat 13:00 radələrində Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində, Goranboy rayonu ərazisində, Ermənistan Ordusunun əsgərləri Azərbaycan tərəfə keçiblər. Onlar 1991-ci il təvəllüdlü Ohan Harutunyan Vadinagiyeviç və 1991-ci il təvəllüdlü Gevorq Tomosyan Serjikoviçdir.
Dövlət Komissiyasının məlumatına görə, həmin şəxslər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən saxlanılır və barələrində zəruri araşdırmalar aparılır.
“Erməni hərbçiləri Ermənistan ordusundakı dözülməz vəziyyətə etiraz olaraq Azərbaycan tərəfinə könüllü əsir düşüb. Erməni hərbçiləri Yerevandan hərbi xidmətə çağrılıb və 10 gündür Ermənistan ordusunda hərbi xidmətdədirlər.”- bu xəbəri isə Trend agentliyi yayıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şain Sailov bildirib ki, erməni hərbçilərinin əsir düşməsi faktını Ermənistan tərəfi rəsmi təsdiqləmir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi bu məsələ ilə bağlı gün ərzində rəsmi məlumat veriləcək.