türkiyeTürkiyə yığması heç vaxt millimizə yenilməyib

Sabah keçiriləcək Türkiyə – Azərbaycan oyunu iki ölkənin milli komandaları arasında 5-ci qarşılaşma olacaq. Fanat.az xəbər verir ki, bundan öncə baş tutan dörd qarşılaşmadan ikisi rəsmi, ikisi qeyri rəsmi xarakter daşıyıb.
Türkiyə və Azərbaycan yığmaları arasında ilk matç 1996-cı ildə Bakıda baş tutub və yoldaşlıq görüşü olub. Həmin oyunda qonaq komanda minimal hesablı qələbə qazanıb. Növbəti iki qarşılaşma DÇ-2002-nın seçmə mərhələsinə təsadüf edib. Bakıda 1:0, Türkiyədə 3:0 hesablı qələbə qazanan qardaş ölkə millisi mundialın finalında iştirak edərək, dünya üçüncüsü olub. İki ölkə yığması arasında son qarşılaşma 2006-cı ilə təsadüf edib. Bakıda keçirilən bu matçda qalib müəyyənləşməyib – 1:1.
Ümkmilikdə sabahkı qarşılaşma Türkiyə yığmasının tarixində 462-ci sınaq olacaq. İndiyə qədər 461 matç keçirən “ay-ulduzlu”lar 86 illik tarixdə 161 dəfə qələbəyə sevinib, 111 dəfə meydandan “sülh”lə ayrılıb, 189 dəfə isə məğlubiyyətə üzülüb. Bu qarşılaşmalardan 243 rəsmi, 218-i isə qeyri-rəsi xarakter daşıyıb. Türkiyə yığması indiyə qədər rəqib qapılarından 592 qol keçirdiyi halda, özü 706 dəfə məyus olub.