lenkeranNarazı şəhid ailələri naməlum telefon zəngləri ilə hədələnir

Kəmaləddin Heydərovun adamı qəbristanlıqda su sexi tikdirir!

1990-cı ilin 26 yanvarında Lənkəranda sovet qoşunları tərəfindən vəhşicəsinə qətlə yetirilən Azərbaycanın azadlığı uğrunda mübarizə aparan şəhidlərin uyuduğu “Şəhidlər Xiyabanı” icra hakimiyyəti tərəfindən hansısa iş adamlarına satılıb. Bu barədə Qaynar.info-ya Lənkəran sakinləri məlumat verib. Qeyd edək ki, həmin qəbristanlıq şəhərin tam mərkəzində Bakı-Astara magistralının üzərində- dairəvi yol qovşağında yerləşir. Bu qəbristanlıqda 26 yanvar şəhidləri ilə yanaşı Qarabağ müharibəsində şəhid olan Lənkəran oğulları da dəfn olunub. Lənkəran sakinlərinin bizə verdiyi məlumata görə, hazırda icra hakimiyyətinin arxitektorlarının və qeyri-rəsmi torpaq alveriylə məşğul olan şəxslərinin birbaşa rəhbərliyi ilə əraziyi eksvator salınıb, qazıntı və tikinti işləri aparılır. İcra hakimiyyətinin rəsmiləri qazıntı işlərini Xiyabanda su sexinin (?) tikiləcəyi ilə əsaslandırıblar. Məlumata görə, burada Lerikdə istehsal olunan və bütün Azərbaycan ərazisində satılan “Zərinqala” mineral suyunun doldurma sexini tikmək istəyirlər. Məlumatda o da bildirilir ki, buna etiraz edən şəhid ailələri birbaşa və dolayısı yollarla hədələnir, onlara hədə dolu naməlum telefon zəngləri edilir və s. Qeyd edək ki, Lənkəranın icra başçısı Süleyman Mikayılovdur. Onun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adamı olduğu bildirilir.