homoYeni qanunun 1 maydan etibarən qüvvəyə minəcəyi bildirilir

 İsveç, homoseksualların evliliyinə icazə
verən beşinci Avropa ölkəsi oldu. Ölkə parlamenti homoseksuallara evlilikdə heteroseksuallarla eyni
haqqları tanıyan yeni bir qanun çıxardı. Qərar, 349 millət vəkili olan
məclisdə 22 səs əleyhinə, 261 səs lehinə olmaqla qəbul edilib. 66
millət vəkili bitərəf qalıb və ya səs verməyə qatılmayıb.
Yeni qanunun 1 maydan etibarən qüvvəyə minəcəyi bildirilir.
Qeyd edək ki, Hollandiya, Norveç, Belçika və İspaniya homoseksuallara evlilik haqqı verən Avropa ölkələrdir.