zorakiliqGəncə hərbi komissarlığın əməkdaşı seksual cinayətdə suçlanır

Aprelin 11 saat 00-30 radələrində Gəncə şəhər Kəpəz rayon Polis şöbəsinə 1988-ci ildə Ağstafa rayonunda anadan olmuş A.C-ova şikayət ərizəsi ilə müraciət edib. Bu barədə Gəncə şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə A.C-ova ərizədə bildirib ki, aprelin 10-da 20:30 radələrində Gəncə Hərbi Komissarlığının baş leytenantı K.H-ov (ad şərtidir) A.C-ovanı öz mənzilinə apararaq, onunla cinsi əlaqədə olub. Sonra isə qeyri-ənənəvi cinsi əlaqə təklif edib. A.C-ova razılaşmadıqda K.H-ov onu döyərək bədən xəsarəti yetirib.
Faktla bağlı Kəpəz Rayon Polis şöbəsində araşdırma aparılır.