hadiseBakı 12 balı Hadisəyə verməyə bilər

QayNar: Türkiyə-Ermənistan sərhədinin açılacağı ilə bağlı fərziyyələr Azərbaycanda reaksiyalar doğurmaqda davam edir.

Azərbaycan prezidenti İlham Əliyevin “Yeni səhifə açmağa hazırıq” dediyi bir vaxtda, radio kanallarından biri də türk mahnılarını boykota səslədi.

Olay isə Türkiyədə də əks-səda və narahatlıq doğurmağa başlayıb. Haberturk.com saytına istinadən  qardaş ölkədə mayda finalı Moskvada keçiriləcək “Eurovision”da Azərbaycanın ən yüksək- 12 balı Türkiyə təmsilçisi Hadisəyə verməyəcəyindən narahatlıq duymağa başlayıblar.

“Azərbaycanda doğan narahatlıq musiqi kanalları və radiolara da təsir edib. Bundan ən böyük zərəri isə mayın ikinci həftəsində Moskvada təşkil ediləcək “Eurovision” mahnı yarışmasında Türkiyəni təmsil edəcək Hadisə görür. Azərbaycan televiziya kanalları və radio stansiyaları Hadisə başda olmaqla, türk sənətçilərin mahnılarını çox  nadir hallarda yayımlayır. “- deyə Haberturk.com saytı yazır.

Advertisements