Xudafərin körpüsü (oxuyun, paylaşın, endirin)
– Ana, Savalanın zirvəsinə çıxsan hara görünər?
– Sən ora çıxa bilməzsən, oğlum. Çox ucadı.
– De görüm hara görünər?
– Haranı görmək istəyirsən, oğlum?
– Bu yanda Təbrizi, o yanda Dəmir qapı Dərbəndi
Xudafərin körpüsü (oxuyun, paylaşın, endirin)
– Ana, Savalanın zirvəsinə çıxsan hara görünər?
– Sən ora çıxa bilməzsən, oğlum. Çox ucadı.
– De görüm hara görünər?
– Haranı görmək istəyirsən, oğlum?
– Bu yanda Təbrizi, o yanda Dəmir qapı Dərbəndi
Ahmet Şık | “İmamın Ordusu” (Kitabı pdf formatda oxumaq üçün linkə daxil olun)
Gürcüstan prezident sarayinin süşə günbəzi altında bir-neçə dəfə təzimlər edəndən sonraKseniya Sobçak paltarının ətəyini düzəldib, özündən məmnun tərzdə deyir:
- Biz səninlə, Sokolova, əcəb gözəlik! Başdan-ayağa ağ paltarda – elə bil Çarlinin mələkləriyik (“Charlies Angels” hollywood filmini nəzərdə tutur – red.).
- Bəlkə Uskovun ifritələriyik? (Nikolay Uskov BQ-nin baş redaktorudur – red.) – deyirəm, amma bir gözümü prezident fotoqrafından çəkmirəm ki, aşağıdan, şəffaf döşəmədən bizim şəklimizi çəkməsin.
- Necə bilirsən, biz onun xoşuna gələcəyik?
- Bilmirəm, – deyərək “Merlin Monro prezident Kennedi üçün oxuyur” duruşunu alan rəfiqəmi şübhə ilə təpədən dırnağa süzürəm. – İstənilən halda, nə yaxşı bu dünyada hələ də elə prezidentlər qalıb ki, bu libasda onların hüzurunda peyda ola bilərsən.
Bilmirəm, əsl döyüş jurnaslitləri necə, amma bizim Kseniya Sobçak ilə çətin işimizdə geyimin rolu çox böyükdür. Müstəqil Gürcüstan dövlətinin prezidenti son iki ildə birinci dəfə Rusiya KİV-inə eksklüziv müsahibə vermək üçün bizi seçəndə rəfiqəmlə götür-qoy edirdik: əynimizə nə geyək? Hansı qiyafədə onun hüzuruna gedək ki, yaradıcılıq uğuru bizi tərk etməsin?
Adətən belə hallarda qlobal internet şəbəkəsi koməyimizə gəlir, növbəti qəhrəmanımızın şəxsiyyəti haqda orada lazımınca məlumat əldə edə bilirk. Amma bu nömrə Gürcüstan prezidenti ilə keçmirdi: tərcümeyi-halından başqa Rusiyanın kütləvi informasiya vasitələrinin bizə təqdim etdikləri təxminən bunlar idi: Saakaşvili – faşistdir, manyakdır, imperializmin muzdlusudur, meyitdir, qalstukunu yeyəndir, başdan xarabdır. Putin söz verib ki, Gürcüstan prezidentini xayalarından asacaq.
Mən bizim bu siyasi texnologiya cəhdlərimizi Boris Zaxoderə (Məşhur sovet uşaq yazarı – red.) məxsus sözlərlə yekunlaşdırdim: “Biz tülkü haqqında nəyi bilirik? Heç nəyi. Amma bu “heçnə”ni də tam bilmirik”
Elə bunu demişdim ki, rəfiqəm burnunun ucundan eynəyini qoparıb nida çəkdi: “Tapdım!”
Onun qarşısındakı ekranda Rusiya İctimai palatasının üzvü, Tinatin Qiviyevna Kandelakinin müsahibəsinin mətni sayrışırdı. Müsahibədə Kandelaki eyham vururdu ki, şəhvət hisslərini cavabsız qoyduğuna görə Gürcüstan prezidenti illərdi onu təqib edir. Biz ac rotveyler itləri kimi müsahibəyə şığıyıb onun məzmununu parçalamağa girişdik.
Havayı deyildi: “Saakaşvili pornofilmin qəhrəmanıdır! Saakaşvilinin özü də pornofilm çəkib! Saakaşvili seksual terrorçudur!”
- Belə, – deyə Sobçak razı-razı dedi, – Hər şey yerinə düşür! Bizim köşənin “Seks” başlığı da. Yeri gəlmişkən, Gürcüstan prezidenti mənimlə də işvələnib.
- Nə vaxt?
- Anamla getmişdik Tbilisidə atamın heykəlinin açılışına, o vaxt (K.Sobçak məşhur sovet-Rusiya siyasətçisi Anatoliy Sobçakın qızıdır – red.)
Belə geniş təfərrüatlara görə hörmətli oxucular da bizi bağışlasınlar, amma başqa əlacımız da yox idi. Axı necə izah edəsən ki, geyimi fahişələr haqqında mahnının sözlərini xatırladan 2 şübhəli xanımın gecəyarısı Gürcüstan prezidentinin sarayında nə iti azıb?
- Xoş gəlmisiz! Prezident sizi gözləyir, – deyə prezidentin mətbuat xidmətinin rəhbəri, gözəgəlimli bir qadın bizi içəri dəvət edir.
Təbəssümdən alışaraq quş kimi otağa daxil oluruq. Ucaboylu, yaraşıqlı prezident bizi qarşılamaq üçün cəld ayağa qalxır. Onun əynində yaxasının bir neçə düyməsi demokratik şəkildə açıq qalan köynək var. Bizim mini-paltarlarımız kimi dümmağ rəngdədir. “Aaa? Bu ovcunun içinin iyləyibmiş ki…” – təəccüblənərək təntənəli nitqə başlayırıq.
- Cənab prezident, “GQ Rossiya” jurnalı üçün böyük şərəfdir ki, ölkələrimiz arasındakı hərbi münaqişədən bəri ilk dəfə olaraq eksklüziv müsahibə vermək üçün məhz bizim nəşri seçmisiz.
- Mən də çox şadam ki, gəlmisiz. Artıq gecdir, rəsmi müsahibə sabah olacaq. İndi isə gəlin sarayı sizə göstərim, sonra Batumiyə uçacağıq.
- Aman allah, bu lampalardan mənim evimdə də var, – deyə Sobçak Frosya Burlakova (“Sabah gəlin” adlı sovet filminin qəhrəmanı – red.) sadəlöhvlüyü ilə otaqdakı aypara formalı lampalara yaxınlaşır.
- Mən bunlardan Almaniyada olanda, mehmanxanada gördüm və sərəncam verdim ki, kabinetim üçün də eynisini hazırlasınlar, – deyə Gürcüstan prezidenti gülümsəyir.
Yaraşıqlı lampalardan başqa onun otağını İlya Çavçavadzenin portreti, Ronald Reyqanın büstü, müqəddəs Georginin, buddistlərdə şadyanaqlıq və qayğısızlıq simvolu sayılan Qaneşa filinin heykəlləri bəzəyirdi.
Həyat yoldaşı və iki uşağı ilə çəkdirdiyi fotonu göstərib prezident Saakaşvili bizim üçün yüngülvari ekskursiya keçirir. Sarayın hədiyyələr muzeyində o xüsusi fəxrlə ərəb şeyxinin hədiyyə etdiyi qını qızıldan düzəldilən qılıncı nümayiş etdirir. Sonra isə prezient Corc Buşun ona bağışladığı idman ayaqqabılarını göstərir.
- Ayağıma gəlmədi, – Saakaşvili bir çüt “new balance”ın eksponat kimi şüşə altında saxlanılmasının səbəbini izah edir.
Prezident sarayı rəsmi dəbdəbədən azad, kifayət qədər zövqlü bir bina idi. Əsas girişdən Tbilisinin əzəmətli mənzərəsi açılırdı.
- Orada görünən nədir elə? – deyə barmağımı işıqları ilə gecə qaranlığını yaran şüşə tikiliyə uzadıram.
- Piyadalar üçün körpüdür. Avropada ən uzunudur.
- Bu gürcülərdən nəyi soruşursan, deyirlər dünyada ən böyük və ən uzundur. – deyə Sobçak deyinir. Görünür bu yaxınlarda qonağı olduğumuz Zurab Seretelini nəzərdə tutur.
Qapının ağzında zirehli “mersedes” dayanır. Prezident Saakaşvili bizi arxa oturacaqlara mindirib özü qabaqda əyləşir. Kortej yaxşı işıqlandırılmış Corc Buş prospekti ilə aeroporta tərəf sürət alır. Yaxşı tərbiyə almış xanımlar kimi biz kübar söhbət qaydalrına riayət etməyə çalışırıq.
- Maraqlıdır, birdən bax elə indi, bu dəqiqə ruslar qərara gəldi ki, sizə qarşı sui-qəsd həyata keçirsinlər, biz də burda… Onda necə olacaq?
Saakaşvili bizi sakitləşdirir:
- Heç qorxmayın, qızlar! Sizinkilər Google Maps-dan da istifadə edə bilmirlər.
Biz Rusiyanın hərbi rəhbərliyi əvəzinə təhqir olunuruq:
- Elə niyə?
- Onlar müharibə vaxtı Tbilisidə aviasiya zavodunu bombalayanda, hədəfin koordinatlarının bizim televiziyanın reportajlarından götürürdülər. Hər dəfə bizimkilər xəbər verirdilər ki, ruslar nişandan yayınıblar, zavoda zərər dəyməyib. Onlar da yenidən bombalayır və yenidən hədəfi vura bilmirdilər. Axırda TV kanala zəng edib sərəncam verdim ki, zavod haqqında heç nə deməsinlər. Beləcə onu qoruya bildik.
Kortej sürətini azaltmadan aeroportun uçuş zolağına girir və prezident təyyarəsinin düz trapı qarşısında dayanır. Pilləkənlə qalxıb çox da böyük olmayan yeni “Challenger”in qaymaq rəngli dəri kreslolarında özümüzə yer edirik.
- Viski! – deyə prezident əmr edir və həmin dəqiqə büllur stəkanda buzla qarışıq içkini ona verirlər.
Uçuş qısa və yaddaqalan olsa da, dağların üstü ilə keçdiyindən salon tez-tez sirkələnir. Odur ki, prezidentin içkisindən mənim də ürəyimdən keçir, amma istəməyə utanıram.
Sobçak da özünə yer tapa bilmir, yerində qurdalanır. Nəhayət Saakaşvili şəxsən onun kəmərini bağlayıb oturacağa pərçimləyir. 3-cü stəkanı qurudandan sonra prezident nəhayət bizi mədəni proqramla sevindirmək qərarına gəlir.
Əvvəl ekranda həyatla uzun haqq-hesabı olan Crise de Burg peyda olur, o Tbilisinin əsas meydanında bütün dövlərin ən populyar mahnısı olan “Lady in Red”i oxuyur. Onu hansısa hərbi rep əvəz edir, sonra da opera ariyaları, gürcü müxalifətinin etiraz marşları səslənir.
Mahnı çələngi Nice Kewinin ifasında “Wild Roses” kompozisiyası ilə başa çatır. Məlum olur ki, Nice Kewin prezidentin sevimli müğənnisidir. Onun məşhur “Beaty Must Die” sədaları altında təyyarə silkələnib üzüaşağı, buludların içinə şığıyır və heç qorxmağa da macal tapmırıq ki, təkərləri asfalta toxunur.
Trap qarşısında prezidenti və onun qonaqlarını yerli administrasiyanın rəhbəri qarşılayır. Bizi “Jeep”ə mindirib kələ-kötür yolla harasa aparırlar. Prezident xaraba yolu izah edir:
- Burada yeni yol salınır.
Bizi təşviş bürüyür. Rəfiqəmlə pəncərəki zülmət içindən nəyisə görməyə çalışırıq. Sobçak qorxu dolu pıçıltı ilə məndən soruşur:
- Necə bilirsən, bizi hara aparırlar?
- Kim bilir?
- Bəlkə bizi girov götürüblər və kiminləsə dəyişmək fikrindədirlər?
- Nəyə dəyişəcəklər? Arağa?
- Cənubi Osetiyaya! Səndə pul var?
- Yox. Çantalarımız prezident sarayında qaldı.
- Heç olmasa bir 500 avro götürüb üstündə gizlədə bilməzdin?
- Ustümdə, harda?
Sual təsadüfi deyildi. Xüsusilə məsələyə Tina Kandelakinin etirafları prizmasından baxanda.
Biz gözümüzü Saakaşvilinin peysərinə zilləyərək hipnozla onun fikirlərini oxumağa çalışırdıq ki, görəsən bizdən hansımızı birinci çəkəcək kol dibinə. Məlum olur ki, botanik gözlənti sarıdan bir qədər yanılırıq.
- Palmaları görürsüz?
Prezident göstərən tərəfə baxanda heyrətə gəlirik. Çala-çuxur yol, vahimə dolu qaraltılar, zülmət – hamısı geridə qalmışdı. Qarşımızda reklam filmlərindəki kimi bərq vuran hotellərin və palmaların sıralandığı sahil mənzərəsi açılır. Gördüklərimiz daha çox bahalı ərəb kurortlarını xatırladır.
- Palmaları mənə bir şeyx dostum var, o bağışlayıb. Gəmi ilə gətirdilər bura. – Deyə bizi heyrətləndirməkdən məmnun qalan Saakaşvili izah edir.
Maşınımız çəmənlik yanında dayanır. Bir dəqiqə sonra seçdiyimiz qiyafəyə görə dərin peşimançılıq hissi keçiririk. Geyimimizdəki səhv bizə baha başa gəlir, 12 santimetr nazik dabanlar üstündə az qala qaça-qaça gedən prezidentin ardınca Batumi kurortunun bütün strateji obyektlərini firlanmalı oluruq.
Əvvəlcə diskotekaya baş çəkirik. Rəqs meydanında bizi sevinclə qarşılayırlar – gürcü qızları prezidentlə birgə foto çəkməyə can atır, Sobçakda peşəkar qısqanclıq hissi doğururlar.
- Sizin antirusiya siyasətiniz nəticəsində mənim Tbilisidə bir nəfər də olsun tərəfdaşım yoxdur. – Deyə o prezidentə gileylənir.
Batumi şəhəri bizi heyrətə gətirir. Bu qədər bina tikintisini sonuncu dəfə Şanxayda müşahidə etmişdim.
Sahil boyu bütün məşhur hotel şəbəkələri təmsil olunub. Böyük sürətlə tikilən Four Seasons, Mandarin Oriental hotelləri sırasında bilsəniz daha hansı var idi? BvLgari! (BvLgari həm də məşhur zinət əşyaları hazırlayan İtaliya şirkətidir – red.)
Büllur işıqlara və diskoteka musiqisinə qərq olan Batumidəki miqyas bizim kurortları kölgədə qoyar, Ramzan Kadırovu paxıllıqdan tüstüləndirməyə vadar edərdi.
- Pulu hardan alırsız? – deyə prezidentdən soruşuram. – Axı müharibə və qlobal maliyyə böhranı sizin iqtisadıyyatı böyrü ustə qoymalıydı? Yəqin Amerikanın sədəqələrini xərcləyirsiz…
- Hotellər özəl investisiyalar hesabına tikilir. Biz turizmi Gürcüstan iqtisadiyyatının əsas gəlir mənbəyinə çevirmək istəyirik.
- Maraqlıdır, axı kimdir sizə pul verən, heç Rusiya ilə müharibə vəziyyətində olan ölkəyə də sərmayə qoyarlar?
- Kim, kim, beynəlxalq kilimçi! Eşidirsiz, qurbağalar quruldayır? Biz onları fransızlara satırıq, puluna evlər tikirik. Şirləri qızıl suyuna çəkdiniz?
Sonuncu sual Batumi administrasiyasının rəhbərinə ünvanlanır.
Biz yaxşı işıqlandırılmış meydana gəlirik. Burada, iki şir heykəli var və həqiqətən də başdan ayağa qızılı rəngdə. Prezident razılıqla onların belini sığallayır.
- Bunlar Kolxidada, arxeoloji qazıntılar zamanı tapılan şirlərin eynidir. Göstəriş verdim ki, onları qızılı rəngə boyayıb burada yerləşdirsunlər. Gözəldilər, düz demirəm?
- Olduqca!
- İndi isə sizə bir bina göstərəcəm, onun layihəsini şəxsən özüm çəkmişəm.
Biz qəribə bir tikilinin qarşısına gəlirik. Onun görünüşünü daha dəqiq Çukovskinin şerinin misraları ilə ifadə etmək olar: “İlan kimi qıvrılan çayın sahilində, əyri-üyrü daxmada, yaz-yay, qış-bahar…”
- Mən sadəcə olaraq ürəyimə yatan bütün dizayn elementlərindən istifadə etdim və hər pəncərəyə, hər eyvana ayrıca bir görkəm verdim.
Prezidentin dediyi kimi idi, naxışlı taxta eyvanlar totuş mələk heykəllər ilə, fransızsayağı pəncərələr isə tağ aynabəndlərlə yanaşı idi. Axirət gününü xatırladan bu dizaynın son nöqtəsi Şərq nağıllarından olan qızılı günbəz idi.
Bütün dünya harmoniyasının əvəzinə mən dillənib ciddi tonda soruşdum:
- Xəbəriniz varmı ki, Sizin çox axmaq zövqunuz var?
- Əlbəttə! – Saakaşvili sevincək cavab verdi. – Amma, neynəyirsən zövqu, şəhər meriyası bu binadakı bütün mənzilləri artıq satıb qurtarıb. Gedək restorana!
Yeni balıq restoranı bizə xidmət etmək üçün bütün gecəni açıqdır. Kiyevdən keçən üzücü təyyarə reysindən və enerji dolu prezindentin ardınca qaçaqaçdan sonra elə yormuşuq ki, gürcü mətbəxini sınaqdan keçirmək imkanı bizə əsl səadət kimi gəlir.
Balığı gözümüzə təpib hansısa məsələnin həlli üçün aralanan prezidentin dalınca danışırıq. Sobçak pıçıltı ilə soruşur:
- Qulaq as, sənə elə gəmir ki, o nəsə bitəhərdir… belə, qəribədir?
- Niyə?
- Hərəkətləri qeyri-adidir. Həmişə harasa qaçır. Bir dəqiqə də olsun yerində dinc durmur.
- Sən heç plyajda olanda kişilərə fikir vermisən, görmüsən ki, onlardan kimsə 10 dəqiqədən artıq sakitcə yerində uzansın?
- Ümumiyyətlə yox. Amma, yenə də mənə elə gəlir ki, o nəsə birtəhərdir… Belə də prezident olar?
- Necə?
- Nəsə ciddi adam deyil, elə bil saxtadır. Hanı bəs sənin pafosun, niyə özünü dartmırsan? Dövlət miqyaslı adamsan axı…
- Nə boydadı ki, onların dövləti ki, özünü də dartasan. Burda hamı bir-birini tanıyır da…
- Bəs yadına sal, Beriya, Şevardnadze?..
- Yaxşı ki, hələ Stalini demədin! Amma mən indi baş nazir Putini yaxşı başa düşürəm. Onun yerinə olsaydım, mən də Saakaşviliyə nifrət edərdim. Axı bizimkilər üçün kimdir o? Heç kim! Hansısa vilayət partiya komitəsinin rəhbəri səviyyəsində bir adamdır. Əvvəllər belələrini bir telefon zəngi ilə işdən çıxarardılar. Onlar da öz yerlərini yaxşı bilərdilər, sakitcə oturar, rəhərliyin ağzından çıxanı qapar, cavab verəndə də ancaq yaltaqlanmaq üçün ağız açardılar. Bu isə, nəinki yekəbaşdı, yerini bilmir, üstəlik hələ boyca da ondan iki dəfə uzundur. Üslub fərqi o qədər aydındır ki, onların nəinki keçmiş imperiyanın ərazisində, heç bütün Yer kürəsində birgə mövcudluğunun qeyri-mümkünlüyünü az qala gözə soxur.
- Elədir! Məhz buna görə təəcüblüdür ki, niyə Saakaşvili özünü belə ehtiyyatsız aparır. Məsələn bizimlə. Axı biz şübhəli adamlarıq, onun ayaqqabılarına civə tökə bilərik…
- Düz deyirsən. – Rəqfiqəmlə razılaşanda prezident özünəməxsus cəld yerişlə yenidən yemək masasına qayıdır.
- Necədir, qızlar, dadlıdır? Ürəyinizdən başqa nə keçir?
- Günaha batmaq istəyirik.
Prezident diqqətlə bizə baxıb əlindəki çəngəli yerə qoyur. Onu müşahidə edən şəxslər duruxurlar.
- Gürcü çaxırı və borjomi!
Preizdentdin bu əmrindən sonra yenidən səmimi atmosfer bərpa olunur. Vəziyyətdən istifadə edib biz suallarımızı yağdırmağa başlayırıq.
- Saatınız hansındandı?
- Burberry Sport.
- Modanın son sözü. Bəs maaşınız nə qədərdi?
- 8 min lari – təqribən 4 min dollar. Məndən əvvəlki prezident ümumiyyətlə 20 dollar maaş alırdı. Amma o vaxtlar məmurlardan heç kim maaşla dolanmırdı. İndi isə dolanırlar.
- Bəs harda qalırsız?
- Tbilisidə, evdə. Burada isə mənim prezident iqamətgahım var, Batuminin yaxınlığında. Amma orada darıxıram, ona görə də burada hoteldə qalıram.
- Həmişə gecə saat 3-ə qədər oyaqsız?
- Demək olar ki, həmişə.
- Bəs gündüzlər necə işləyirsiz?
- Mən az yatıram. Bir qayda olaraq səhər saat 10-da yuxudan oyanıram.
- Bəs Sizin kostyumları kim seçir?
- Özüm
- Doğrudan?
- Təkcə kostyumları yox, mən harasa səfər edəndə həmişə baxıram ki, orada yaxşı nə var. Sonra da alıb bizə gətirirəm.
- Bəs harasa səfər edəndə, məsələn, Amerikaya gedəndə? Sizin “Challenger” gedib ora çatmaz axı?
- Adi sərnişin təyyarsəində uçuram, birinci dərəcəli salonda.
- Bəs özünüz təyyarə sürə bilirsiz?
- Öyrənirəm. Elə burada, Batumidə, “Cesna” təlim təyyarəsində uçuruq. Yeri gəlmişkən, sabah növbəti dərsim var. İndi isə, qizlar, bəsdi hər şeylə maraqlandığınız, artıq gecdir. Gedin, yatın. Sabah müsahibənin rəsmi hissəsi olacaq. İndi hər şeyi məndən öyrənsəniz, sabah soruşmağa heç nə qalmayacaq.
Gürcüstan prezident dostcasına bizim əlimizi sıxıb, “Sheraton” hotelinə, yatmağa göndərir. Baxmayaraq ki, ayaq üstə güclə dayanırıq, bizi narahat edən tamam başqa hisslərdir, kəskin paxıllıq hissləri. Sobçak və Sokolova – Tina Kandelakiyə qibtə edirlər. Çünki açıq-saçıq geyimimizə baxmayaraq, Gürcüstan prezidenti bizə yox, İctimai palatının üzvünə mehr salir.
- Yəqin ona görədir ki, biz iki nəfərik və olduqca təhlükəliyik, – deyə özümüzə təskinlik verib daş kimi yuxuya gedirik.
Batuminin səhəri olduqca gözəldir. Qara dənizin mavi səthi üzərində günəş parlayır. İstirahətə gələn insan kütlələri palma bağlarında gəzişir. Musiqi səsi gəlir, şəhərin əsas meydanında isə qatil Medeanın qızıl suyuna çəkilən heykəli parıldayır.
Hətta adətən çürük dişlərə bənzəyən sovet dövrünün xruşşovka binaları ümumi mənzərərənin nikbin ovqatını qətiyyən pozmur.
Gürcüstan prezidentinin də səhəri kifayət qədər maraqlı olmalıdır. Bunu təmin etmək üçün rəqfiqəm əyninə üstündə Valdimir Putinin şəkli olan köynək geyib.
Təəssüf ki, onun bu nömrəsi də keçmir, gözlənilmədən senzuraya məruz qalırıq. Prezident administrasiyasında işləyən mehriban qadınlar ondan xahiş edirlər ki, çiyninə pencək atsın.
- Nə danışırsız?! – Deyə Sobçak etiraz edir. – Siz ki, hər addımda ağız dolusu elan edirsiz ki, Gürcüstan demokratik ölkədir! Mən də sizin prezidentlə müsahibəyə özümüzün baş-nazirinin köynəyində gəlmişəm! Burda nə var ki?!
- Əslində heç nə… Amma, başa düşürsüz… Mətbuatda bizim prezidentin fotosu sizin baş nazirlə yanaşı peyda olsa, etikaya o qədər də uyğun görünməz…
- Axı bu sadəcə köynəkdir!
- Başa düşün, bizdə adamlar Putini qətiyyən sevmirlər. Bu adam bizi bombalamaq haqda əmr verib… İndi prezident sakitcə bu adamın… bu köynəyin yanında sakitcə otursa, onu başa düşməzlər.
- Hələ bilmək olmaz ki, kim kimə əmr verib! Avropa Şurası rəsmi olaraq qəbul edir ki, müharibəni Gürcüstan başlayib. – Deyə Sobçak vətənpətvərlik cəsarəti nümayiş etdirir.
- Avropa İttifaqı işğal faktını qəbul edib. – Mətbuat xidmətinin rəhbəri sakitcə etiraz edir.
- Dayanın! Axı bizim müsahibə də elə bu suallara aydlnlıq gətirmək üçündür. – Deyə mübahisələrə son qoymaq istəyirəm və vaxtında.
Gümrah Gürcüstan prezidenti elektrik süpürgə sürətilə kabinetə daxil olur. Ondan “Thierry Mugler” ətirinin iyi gəlir, əynində “Mavi elektrik” rəngində kostyum və “Armani” qalstuku var. Sonuncunu görən kimi rəfiqəmlə mənalı şəkildə baxışırıq, müsahibənin ilk sualı artıq məlumdur.
Sokolova: Cənab Saakaşvili, məlumdur ki, Gürcüstanla bağlı bizim ölkəmizdə əsl informasiya blokadası mövcuddur. Odur ki, Sizə çoxlu ciddi suallarımız var. Amma bütün bunlardan əvvəl, rica edirik, bizim ən adi qadın marağımıza cavab verin. Nəhayət aydınlıq gətirin bu məsələyə, görək, axı qalstukunuzu niyə yeyirdiz?!
Saakaşvili: Bilsəydiniz bu qalstuk məsələsi məni necə təngə gətirirb!
Sobçak: Gəlin, əvvəlcə bir şeyi aydınlaşdıraq. Biz bu sualı ona görə vermirik ki, Sizin səhər yeməyi menüsündə hansı parçaların olması ilə maraqlanırıq. Məsələ burasındadır ki, bizim ölkədə medianın Sizin haqda yaratdığı “qəribə insan”, “gözlənilməz və təhlükəli hərəkətlər edən siyasətçi” obrazının əsasında məhz bu hadisə durur.
Saakaşvili: Başa düşdüm. Deməli, məsələ belə olub. Müharibənin ən ağır günləri idi, mən kabinetimdə idim. Orada kamera quraşdırılmışdı, cünki gün ərzində bir-neçə dəfə canlı efirdə müsahibə verirdim. Birbaşa efir olmadığı bir vaxtda nədənsə kamera çəkməyə davam edirdi. Sonra da bu kadrlar YouTube düşdü. Vəssəlam. Bir də demək istəyirəm ki, həmin günlər həqiqətən də çox həyəcanlanırdım. Mənim yerimə kim olsaydı, həyəcanlanardı. Hər saatdanbir qurbanlar və dağıntılar haqda məlumat alırsan. Mən öz kabinetimdə, öz ölkəmdə idim, kameranın işlədiyini bilmirdim. Odur ki, öz hərəkətlərimdə qeyri-adi heç nə görmürəm!
Sobçak: Amma nə qədər olmasa, “Saakaşvili” axtarışı verəndə google-da dərhal “qalstuk çeynəyir” yazısı peyda olur.
Saakaşvili: Bura baxın, bu ki, cəfəngiyyatdır! Adicə vərdişdir. Pioner olanda, biz hamımız qalstukumuzun ucunu çeynəmişik.
Sobçak: Biz çeynəməmişik.
Saakaşvili: Deməli bizim kulinar zövqlərimiz fərqlidir. Ümumiyyətlə isə, hər hansı siyasətçinin temperamenti və sabitliyi onun öz qalstukuna olan münasibəti ilə yox, onun siyasi qərarları və bəyanatları ilə ölçülür.
Sobçak: Madam ki, söz bəyanatlardan düşdü, doğrudurmu ki, Siz televiziya müsahibələrinin birində Rusiyanın baş naziri Vladimir Putini “lilliputun biri” adlandırmız?
Saakaşvili: Belə şey heç vaxt olmayıb! Qoy mənə kadrları göstərsinlər.
Sokolova: Çox adam hesab edir ki, bizim ölkələr arasındakı münaqişəni doğuran səbəblərdən biri də Sizinlə Rusiya baş-naziri arasında olan şəxsi-qərəzlikdir.
Saakaşvili: Mənim Putinə qarşı heç bir xüsusi qərəzim yoxdur. Baxmayaraq məhz onun əmri ilə onun ordusu mənim ölkəmin torpaqlarını zəbt edib.
Sobçak: Mən Sizin yanınıza, azad Gürcüstana gəlmişəm və burada olmağımı böyük şərəf sayıram. Sizin kimi tərəqqipərvər və gənc prezidentlə müsahibəyə gələndə əynimə bizim baş nazirin şəkli olan dizayn köynəyi geydim, bax bunu (pencəyini açıb köynəyi göstərir). Lakin Sizin mətbuat xidmətindən təkid etdilər ki, əynimi dəyişim. Buna necə baxırsız?
Saakaşvili: Heç necə. Hansı köynəyi seçmək, tamamilə zövq məsələsidir. Azad ölkədə belə məsələləri özünüz həll edə bilərsiz.
Sokolova: Baş nazir Putin Sizin yaxın tanışınızdır. Onun haqqında təəssüratlarınız necədir?
Saakaşvili: O heç vaxt mənim yaxın tanışlarım sırasında olmayıb. Bizim münasibətlərimiz kəskin olsa da, heç vaxt ədəb qaydalarını aşmayıb. Məlumdur ki, o bir sıra dünya siyasətçiləri haqda xoşagəlməz ifadələr işlədib. Həqiqətən də, Putin bəzən çox kobud ola bilər. Amma şəxsən mənə qarşı heç vaxt kobudluq göstərməyib. Aramızda həmişə ədəb pərdəsi olub.
Sokolova: Elə isə, bizim ölkələr arasında olan münasibətlər niyə belə fəlakətlə nəticələnib?
Saakaşvili: Obrazlı ifadə etsəm belə deyərdim, bizim aramızda baş verənlər dünyagörüşülərinin toqquşmasıdır. Putin, müəyyən mənada, küçə avtoritetinin mentalitetinə malikdir, mən isə əlaçı məktəb şagirdiyəm, həmişə yaxşı oxumuşam. Yadıma gəlir, məktəbi qızıl medalla bitirəndə tez-tez küçə uşaqları ilə davalarım olurdu. Mən özümü onlardan müdafiə edir, məni incitməyə qoymurdum. Hazırda postsovet məkanında da buna bənzər münasibətlər yaranıb. Küçə uşağı yoldan keçən əlaçı şagirdə bir qapaz vurdu, əlaçı şagird də qapazdan yayınıb, küçə uşağına təpik atdı. Əraziyə özünü çatdıran polis də gəlib tərəfləri araladı.
Sokolova: Belə başa düşdüm ki, polis – yəni ABŞ və Avropa Birliyi?
Saakaşvili: Mən deyərdim “beynəlxalq ictimaiyyət”. Deməli həmin avtoritet artıq o biri uşaqlar qarşısında and içib ki, əlaçını xayasından asacaq! Amma vaxt keçir, əlaçı məktəbə gedir, heç nə olmamış kimi əla qiymətlər alır. Avtoritetin verdiyi vədlər isə havadan asılı qalıb, onun vəziyyəti getdikcə pisləşir. Məhlədəki başqa uşaqlar da görürlər ki, əlisarıqlı olsa da əlaçı şagirdin işləri yaxşı gedir, deməli avtoritet elə də qorxunc deyilmiş. Bu zaman küçədə başqa uşaqlar baş qaldırır, hərəsinin öz fikri var.
Sobçak: Siz necə də uğurlu bənzətmə secdiniz, cənab prezident! Həqiqətən də Sizinlə Putin küçədə dalaşan uşaqları xatırladırsız, nəyisə bölüşə bilmədiyinizdən başlamısız sapandlardan bir-birinizə daş atmağa. Amma məsələ də burasındadır ki, həqiqətdə sizdə sapand yox, uzaqvuran toplar, “Qrad” qurğularıdır. Nəticədə minlərlə adam həlak olur.
O ki qaldı “məhlədəki başqa uşaqlara”, necə olur ki siz – demokratik ölkənin başcısı, dünyanın ən avtoritar ölkəsi sayılan bir dövlətin diktatoru ilə mütəffiq olursuz?
Saakaşvili: Biz nəinki Lukaşenko ilə, Rusiya ilə də dil tapmağa hazır idik. Amma sabah Lukaşenko Batumini zəbt etmək fikrinə düşsə, biz onunla da dil tapa bilməyəcəyik.
Sobçak: Amma Rusiyaya qarşı birləşməkdə Belorusla deyəsən dil tapa bilirsiz?
Saakaşvili: Düşünmürəm ki, Rusiyanın Berlorusla müqayisədə hansısa üstünlüyü var. Bəlkə ərazisi böyükdür, hə. Eşitdiyimə görə, ruslar Lukaşenkonu ittiham edirlər ki, hansısa şübhəli işlərə baş qoşur. Amma biz Belorusla bağlı mövqeyimizi həmişə aydın bəyan etmişik. Nə qədər acı olsa da, Rusiya belə bir faktla barışmalıdır ki, biz istər Belorusla, istər Çinlə, Vyetnamla, Moldova ilə dostluq edə bilərik. Bu bizim seçimimizdir. Necə ki, Belorus özü müstəqil şəkildə seçimini edir. Və bu ölkələrin xalqlarına öz müqəddaratlırını sərbəst şəkildə həll etməyə imlan verilməlidir. Sizin baş nazir də məhz bununla barışmaq istəmir.
Sokolova: Bəs Siz sonuncu dəfə Putinlə nə vaxt ünsiyyətdə olmusuz?
Saakaşvili: 2008-ci ildə. İki dəfə Medvedyevə zəng etdim. Hər dəfə də dəstəyi Putin qaldırdı.
Sokolova: Elə niyə?
Saakaşvili: Çünki əslində qərarları o verir.
Sokolova: Yaxşı. Madam ki, söhbət müharibə ərəfəsindəki hadisələrdən düşdü, onun necə başladığından da danışın. Bizim ölkələr arasında bu məsələyə tam fərqli münasibət var.
Saakaşvili: Müharibəni Rusiya başladı. Bu, klassik ərazi işğalı idi. Hərbi əməliyyata hazırlıq hardasa 3 il idi ki, gedirdi. Bunu heç gizlətmirdilər də. 2008-ci ilin avqustunda baş verənlər yaxşı planlaşdırılmış hərbi əməliyyat idi. Bizimlə düz sərhəddə, nümayişkarcasına Rusiya ordusunun hərbi təlimləri keçirilirdi. Getdikcə biz sayıqlığımızı itirib aylarla davam edən bu təlimlərə əhəmiyyət verməməyə başladıq. Haradasa iyul ayının sonunda plana uyğun olaraq biz zabitlərimizin məzuniyyətə göndərilməsi haqda qərar qəbul etdik. Bizim hökumətin böyük hissəsi məzuniyətə çıxmışdı. Mən özüm də məzuniyyətdə idim.
Sokolova: Harada?
Saakaşvili: İtaliyada. Meranoda sanatoriyada.
Sokolova: Gör ha, mən də həmin ərəfədə orda olmuşam, aramızda cəmi bir həftə fərq olub!
Saakaşvili: Sizin orda nə işiniz var idi ki? Mən ora arıqlamağa getmişdim, azərbaycanlı dostlarım, Mixail Solomonoviç Qusman məsləhət görmüşdülər. Meranoda rus televiziyasında, səhv etmirəmsə, Rus ordusunun quru qoşunlarının komandanı deyirdi ki, Olimpiadanın açılışı günü olimpiya prinspiplərini pozan Gürcüstan müharibəyə başlamaq niyyətindədir. Bu, haradasa iyulun sonu idi.
Sokolova: Başqa sözlə Siz – ölkənin prezidenti özünüzün müharibə planlarınız haqqında İtaliyada Rusiya televiziyasından xəbər tutmusuz?
Saakaşvili: Həmin vaxt bizim xarici işlər nazirinin birinci müavini Sardiniya adasında idi, ona zəng edib soruşdum ki, bu nə məsələdir? Dedi, heç nə, sakitçilikdir. Sonra Gürcüstan daxili işlər nazirinə zəng etdim, o Gürcüstanda idi. O da deyir ki, heç nə baş vermir. Amma nəsə bir narahatçılığım var idi. İstirahətimi yarımçıq qoyub Gürcüstana qayıtdım. Sonra Rusiya tərəfinin növbəti təxribatlar silsiləsi baş verdi və yenidən hər şey sakitləşdi. Qərara gəldim ki, Çindəki Olimpiadaya gedirəm. Avqustun 7-də səhər təyyarə aeroportda hazır vəziyyətdə idi, ailəliklə getmək fikrində idim. Lakin gecə vəziyyət yenidən kəskinləşdi. Əmr verdim ki, hər ehtimala qarşı ordumuzun bir briqadasını hazır vəziyyətə gətirsinlər. O zaman bizim ən yaxşı briqadamız sülhməramlılar kimi İraqa göndərilmişdi…
Sokolova: Sizin orduda cəmi neçə briqada var?
Saakaşvili: Beş.
Sobçak: Axı deyən gərək, Siz niyə müharibə ərəfəsi ən yaxşı briqadanızı İraqa göndərirsiz?
Saakaşvili: Biz amerikalılarla razılaşmışdıq ki, bir hadisə baş versə briqadanı çıxara bilək. Hələ may ayında az qala çıxaracaqdım, amma bir qədər tərəddüddən, amerika konsulu ilə məsləhətləşmələrdən sonra briqadanı saxladım İraqda. Avqustun 7-si günduz saat 4-də protokol şöbəsinin rəhbəri mənə zəng edib dedi ki, əgər indi ucmasaq, qrafikdən düşəcəyik, Olimpiadanın açılışına görə Çinin hava məkanında əsl növbə yaranmışdı. Bütün bunları ona görə danışıram ki, müharibənin bizim üçün nə qədər gözlənilməz olduğu haqda sizdə təsəvvür yaransın. Əlbəttə, biz daimi təxribatları nəzərə alırdıq, bilirdik ki, həmin vaxt Rusiya Abxaziya və Cənubi Osetiyanın ərazisindən kütləvi şəkildə rusdilli əhalini çıxarırdı. Lakin vəziyyət elə idi ki, ondan çıxış yolu görünmürdü.
Sokolova: Demək istəyirsiz ki, Sizin seçim imkanınız qalmamışdı?
Saakaşvili: Elədir. Bu, genişmiqyaslı işğal idi.
Sobçak: Bu hadisələrə fərqli baxışlar var. Amma istənilən halda, başa düşürsüz ki, hadisələr nəticəsində siz Abxaziyanı həmişəlik itirdiniz?
Saakaşvili: Qətiyyən razı deyiləm! Çünki tamamilə başını itirmiş Çavesdən başqa dünyada heç kim Abxaziya və Cənubi Osetiyanın müstəqiliiyini tanımır! Rəsmi olaraq bu ərazilər işğal olunmuş sayılır. Rusiya imperiyası məharətli qəsbkar olsa da, heç vaxt zəbt etdiyi əraziləri saxlamaqda xüsusi səriştə göstərməyib. Biz həmin əraziləri itirməmişik və siz düşündüyünüzdən də tez geri qaytaracağıq.
Sokolova: Təxmini də olsa deyin görək, hansı yolla?
Saalaşvili: Bizim Abxaziya və Cənubi Osetiyadan müxtəlif millətlərdən olan təqribən 500 min qaçqınımız var. Onlar heç vaxt öz evlərindən, öz hüquqlarından imtina etməyəcəklər. Rusiyanın həmin ərazilərdəki statusu Avropa ölkələri parlamentlərinin əksəriyyətinin, ABŞ-ın fikrincə – qanunsuz işğaldır. Tezliklə ümid edirəm bu mövqe Avropa Birliyi səviyyəsində də öz əksini tapacaq. Bəzi avropa parlamentləri və hökumətləri artıq bunu qəbul edir. Bəzi Avropa dövlətləri xarici işlər nazirliyi səviyyəsində rəsmi olaraq “işğal” sözündən istifadə edirlər. Avropa Parlamenti hələ qəbul etməsə də, Avropa Şurası qəbul edib. Məncə, Avropa Birliyinin rəsmi bəyanatı artıq bu il qəbul oluna bilər. Tarix hələ belə bir hal bilmir ki, qanunsuz torpaq işğalının sonu olmasın, bunu istisna etmək lazımdır. Bax, əgər Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini haradasa 70-80 dövlət tanısaydı, xüsusilə samballı ölkələr, o zaman bizim böyük problemlərimiz yarana bilərdi…
Sobçak: Rusiya kifayət qədər samballı ölkədir…
Saakaşvili: Rusiyanın nəhəng torpaqları və ərazi problemləri onu olduqca zəif edir. Özü də mən hansısa Uzaq Şərqdən danışmıram, baxmayaraq ki, orda da problemlər var. Mən bizim regionu nəzərdə tuturam. Rusiya rəhbərliyinə məsləhətlər vermək mənlik deyil, amma onların yerinə olsaydım, Rusiya ərazilərini əldə saxlamaq haqda fikirləşərdim, başqalarını tutmaq haqda yox.
Sobçak: Medvedyev-Sarkozinin tənzimləmə planı haqda nə fikirləşirsiz?
Saakaşvili: Bu, atəşkəs planı idi və Rusiya qoşunlarının çıxarılmasını nəzərdə tuturdu. Rusiya onu yerinə yetirmədi və bir daha Çerçill və Bismarkın belə bir fikrini təsdiq etdi ki, Rusiya ilə bağlanan sazişlər onun mətni yazılan kağızdan da qiymətsizdir.
Sobçak: Amma məsələyə belə yanaşmağın sonu yoxdur! Ümumiyyətlə vəziyyətdən çıxış yolunu Siz necə görürsüz?
Saakaşvili: Ancaq bir yol var: Rusiya tez ya gec bu ərazilərdən çıxacaq.
Sokolova: Aydındır. Necə deyərlər “Carthago delenda est” (Lat. – Karfaqen məhv edilməlidir – red.) Gəlin mövzunu dəyişib, şəxsən mənə daha maraqlı olan məsələlərdən danışaq. Müasir Gürcüstan son vaxtlar bütün dünyada onunla tanınır ki, qısa müddət ərzində cəmiyyətin həyat tərzinin dəyişməyə, korrupsiya, “qara iqtisadiyyat” və rüşvətxorluq üzərində qələbə qazanmağa nail olub. Bunlar tarixən Rusiya siyasi sisteminin üzvi hissəsi kimi qəbul olunur və hesab edilir ki, bunların dəyişilməsi mümkün olan şey deyil. Misal üçün, prezident Medvedyevin bu istiqamətdə atdığı və büsbütün uğursuzluiqla nəticələnən addımlarını göstərmək olar. Siz buna necə nail oldunuz?
Saakaşvili: Biznesin qurulmasının sadəliyi üzrə dünya reytinqində Gürcüstan bu il 11-ci yer tutub. Bundan başqa, Danimarka və Sloveniyadan sonra biz Avropanın korrupsiyadan azad 3-cü ölkəsiyik. Amma fikirləşirəm ki, Gürcüstanda baş verən ən radikal dəyişiklik milli mentalitetdə baş verib. Vaxtilə Gürcüstan korrupsiyanın həcminə görə MDB ərazisində birinci yerdə idi. Mənim sələfim Şevardnadze də bunu rəsmən etiraf etmişdi, öz hakimiyyəti dövründə korrupsiyanın mövcudluğunu onunla izah edirdi ki, yuxarıdan aşağıyadək – nazirlər, hakimlər, müəllimlər, polis və sair – hamı korrupsiyaya qurşanıb.
Sobçak: Ah, necə də tanış səslənir…
Saakaşvili: Gürcüstan iqtisadiyyatı tamamilə qanunsuz elementlərdən ibarət idi. İndi kölgə iqtisadiyyatının xüsusi çəkisi 3%-dən də azdır. Sorğular göstərir ki, əgər 2004-2005-ci illərdə gürcülərin 98% deyirdi ki, bu və ya digər formada korrupsiya ilə əlaqələri var, indi rəyi soruşulanların ancaq 0,5% bunu deyir. Sən demə gürcü müntaliteti elə də cinayətkar və rüşvətxor deyil. Ciayəkarlığın səviyyəsi təqribən 5 dəfə azalıb.
Sobçak: Təəccüblüdür. Bizdə, məsələn, hesab edirlər ki, rus mentaliteti nəsə sabit bir göstəricidir, onu dəyişmək qeyri-mümkündür.
Saakaşvili: Məncə rus mentalitetində qanuna itaət meylləri bizdə olduğundan da güclüdür. Gürcüstanın problemi ikiqat idi: əvvəla, dövlətdən oğurlamaq şərəfli sayılırdı, rusdan oğurlamaq isə ikiqat şərəfli idi. Bunun tarixi kökləri var idi. Bizdəki qaçaqçılıq ənənələri buna əsaslanırdı. Çünki qaçaqlar ruslardan oğurlayırdı. Amma insanlara özlərini bu dövlətin, bu ölkənin, bu şəhərin, bu hökumətin sahibi kimi hiss etmək imkanı verəndə, məlum oldu ki, guya dəyişməz olan həmin cinaytəkar mentaliteti tamamilə yox ola bilərmiş!
Axı adamlar görürlər ki, hökumət rüşvət almağa son qoyub. Hərdən eşidirəm, deyirlər: küçədə korrupsiya yoxdur, korrupsiya hökumətdədir. Cəfəngiyyatdır! Əgər hökumət rüşvətxordursa, rüşvətxorluq hər yerdə olacaq.
Sobçak: Təbii.
Saakaşvili: Bir vacib məsələni də deyim. Kolektiv qürur hissi yaranıb. Məsələn, indi bizdə polis əməkdaşı 500-600 dollar maaş alır, müasir və yaraşıqlı maşında gəzir, rahat ofisdə oturur. Nəticədə bu adamda qürur hissi yaranır: ona hörmət edirlər, dəstəkləyirlər. Polis də öz növbəsində başa düşür ki, bu hörmətin səbəbi onun təmiz, rüşvətsiz işləməsidir. Eyni hissləri vergi müfəttişliyinin, gömrüyün və digər qurumların əməkdaşları keçirir, başa düşürlər ki, onların formasına olan hörməti heç-bir pulla almaq mümkün deyil. Əhalinin hörməti hökumətin verdiyi kifayət qədər maaşla birlikdə öz nəticəsini verir. Bu məsələdə xırda detallar belə nəzərə alınır, qışda soyuq olmasın, yayda isti, forma – gözəl, ofisin mebeli yaraşıqlı olsun, o zaman səni ciddi qəbul edəcəklər.
Sokolova: Siz prezident vəzifəsinə gələndə vəziyyət necə idi?
Saakaşvili: Dövlət aparatının böyük hissəsi ümumiyyətlə maaş almırdı. Feodal sistemi idi. Rayonu kiməsə pay verirdilər, o da feodal mülkiyyəti kimi oranı idarə edirdi. Polisin ərazisi onun xanlığı kimi bir şey idi. Beləcə şaquli tabeçilik sistemi idi, yuxarıdakı aşağıya ərazini pay verirdi və heç kimin haqqı yox idi ki, ora burnunu soxsun. Gürcüstandakı kriminal mafiya qüdrətli sayılırdı, çoxlu kriminal avtoritetlər var idi. Onların hamısı Gürcüstanı tərk etdilər, çoxu da Rusiyaya getdi. Qorxaq çıxdılar. Hakimiyyətdəki dayaqlarını itirən kimi onların sonu çatdı. Kriminal dünyanı vaxtilə Stalin yaratmışdı ki, QULAQlara nəzarət edə bilsin. Odur ki, onlar həmişə hakimiyyətin əlində bir vasitə olublar.
Sokolova: Deməli Siz hökumətin və polisin tərkibini tamamilə yenilədiz, elədir?
Saakaşvili: Hökumətdə, demək olar ki, sovet dövründə çalışanlardan bir nəfər də olsun qalmayıb. Hazırda bizim məmurları iki yerə bölmək olar: mənim kimi sovet dövrünü xatırlayanalar, amma o zaman hələ vəzifədə olmayanlar (Sovetlər dağılanda mən 5-ci kursda oxuyurdum) və ümumiyyətlə Sovet İttifaqını xatırlamayanlar. Məsələn, bizim kənd təsərrüfatı naziri var, 28 yaşındadır. O, orta məktəbdə pioner olmayıb. O, Vladimir Leninin kim olduğunu belə bilmir. Bu, tamam başqa mentaletitli adamlardı.
Sobçak: Siz gənclərə istinad edirsiz?
Saakaşvili: Yeni oyun qaydalarına desək daha dəqiq olardı. Bizim prinsipimiz meritokratiyadır, yəni ən bacarıqlı və istetdadlı adamların hakimiyyəti. İstənilən sahədə uğurlu karyera qurmağın yeganə yolu ancaq bir prinsipə əsaslanır: “kim daha yaxşı işləyir, kim daha istedadlıdır”. Yeri gəlmişkən, bizdə təhsil polis sistemindən də artıq korrupsiyalaşmış vəziyyətdə idi. Ali məktəblərə qəbulun oturuşmuş qiymətləri var idi, hüquq fakultəsi – 100 min dollar, tibb instisutu – 17-18 min dollar.
Sobçak: Siz ona görə Kyevə oxumağa getmişdiz?
Saakaşvili: Qismən. Biz mərkəzləşdirilmiş qəbul imtahanlarını tətbiq edəndən sonra kənddən gələn uşaqlar daha çox ball topladı, nəinki elitanın övladları. Bu, yeni oyun qaydaları idi və ona alışmaq tələb olunurdu. Məsələn, polis əməkdaşları həm rüşvət alırdılar, həm də özlərinin dükanları olurdu. Biz onu seçim qarşısında qoyduq, ya rüşvətlə topladıqlarını bizə qaytarıb, polisdə qalsın. Ya da ki, polisi tərk edib öz dükanı ilə məşğul olsun. Əksəriyyət bu oyun qaydalarını qəbul etdi.
Sokolova: İslahatlar zamanı repressiv metodlara tez-tez əl atmaq lazım gəlirdi? Kimisə həbs etmək, hansısa peşəni yasaqlamaq, və ya ölkədən sürgünə yollamaq?
Saakaşvili: Sürgün və peşə yasaqı olmasa da, cox adam həbs edildi. Məsələn, məhkəmə sisteminin 40 hakimi rüşvət aldığı yerdə həbs olundu, bu, bütün hakimlərin 10%-ni təşkil edir. Həbslər videolentə alınırdı. Hakim partiyadan parlamentin üzvü olan 4 nəfər fırıldağa görə həbs edilib korrupsiya maddəsi ilə məhkum olundular, onlardan biri mənim yaxln dostum idi. Müdafiə naziri korrupsiyaya görə həbs edildi. Digər həbslər də oldu.
Sokolova: Hazırki məqamda Sizin prioritet məsələləriniz hansıdır?
Saakaşvili: Təhisl sisteminin modernləşdirilməsi. Bizim qəbul etdiyimiz xüsusi proqram çərçivəsində növbəti 3 il ərzində (mənim prezidentlik dövrümün sonuna qədər) 10 min nəfər amerikalı, kanadalı, ingilis və avstraliyalı ölkəyə dəvət olunacaq və hər bir kənddə, hər bir məktəbdə uşaqlara ingilis dili öyrədəcəklər. Bizdə orta məktəblərin sayı 3000 dir, odur ki, bəzi məktəblərə 2 və 3 xarici müəllim düşür. Bundan başqa, indi biz hər bir məktəbliyə pulsuz kompyuter veririk. İnanın ki, həmin uşağın ailəsində bu bir hadisəyə çevrilir! Biz tamamilə kompüterləşdirilmiş və ingilis dilində danışan bir nəsil yetişdirmək istəyirik. Əlbəttə, çin, türk, ərəb, rus dilləri də öyrənilməlidir. Biz rus dilini itirməməliyik!
Biz iqtisadi sistemin liberallaşdırılmasını nəzərədə tuturuq. Bizim məqsədimiz Avropanın demokratik Sinqapurunu yaratmaqdır. Demokratiyasız sabitlik ola bilməz, lakin Qərb dəyərlərinə keçmək üçün islahatlar tələb olunur. İslahatları isə demokratiyasız həyata keçirmək mümkün deyil.
Sobçak: Hazırda Sizin reytinqiniz necədir? Bəllidir ki, onun qaldırılmasının ən yaxşı yolu – zəfərlə nəticələnən qısamüddətli müharibə aparmaqdır.
Saakaşvili: Hazırda mənim reytinqim yüksəkdir. Amma, inanın ki, onu müharibə ilə qazanmamışam. Reytinq də pul və ya valyuta kimidir, gərək islahatlara xərcləyəsən. Pul alırsan, xərcləyirsən islahatlara, reytinq aşağı düşür. Əsas odur ki, növbəti seçkilərə qədər reytinqi yenidən qaldıra biləsən ki, adamlar sənin ardınca getsinlər. Həmişə də gərək öz addımlarını izah edəsən, özü də ancaq seçkilər ərəfəsində yox. Axı populyarlıq məqsəd deyil ki, özündən razı tərzdə deyəsən: “bir baxın, mən necə də populyaram”! Əgər sən siyasətçi kimi fəaliyyətsiz dursan, dərhal reytinqin də duman kimi yox olacaq. Axı sən hansısa məşhur yazıçı və ya müğənni deyilsən. Siyasətçinin uğuru onun reytinqi ilə olçülmür, onun işinin nəticələri ilə ölçülür. Siyasətdə isə nəticə 30 ildən sonra gəlir. Əsl reytinq odur ki, 30 ildən sonra (və ya Atatürk kimi 100 ildən sonra), vaxtilə görülən işlərə yüksək qiymət versinlər.
Sokolova: Məlumdur ki, Sizin Kremldəki həmkarınız korrupsiyaya qalib gəlməyi öz məqsədi elan edib. Bu sahədə ciddi uğurlar qazanmış ölkənin prezidenti kimi ona məsləhətiniz nə olardı?
Saakaşvili: Birincisi, əgər o uğur qazanmaq istəyirsə, gərək o və onun ətrafındakı qrup hakimiyyəti ələ alsın. Çünki təkbaşına lider olmur, oyun qaydalarını müəyyən edən siyasi sinif olur. İndiyədək heç bir avtoritar lider korrupsiyaya qalib gələ bilməyib. Korrupsiyaya ancaq o zaman qalib gəlmək olar ki, siyasi sinif, məmur aparatı və cəmiyyət arasında tam razılıq əldə edilsin. Amma əgər siyasətçi, hakim elita öz gələcəyini doğma ölkəsində görmürsə, Aralıq dənizi sahillərində evlər alır, arvadını – döğmağa, uşağını – oxutmağa İngiltərəyə göndərib, kapitallarını da ora köçürürsə, bununla öz ölkəsinin gələcəyi əleyhinə səs vermiş olur.
Sokolova: Bizdə hesab edirlər ki, rus mentaliteti Qərb dəyərlərini qəbul edə bilmir.
Saakaşvili: Niyə, elə yaxşı qəbul edir ki… Xüsusilə Aralıq Dənizi sahillərində malikanələr, İsveçrə bankları və İngilis yaxtaları formasındakı Qərb dəyərlərini ruslar çox sevirlər!
Sokolova: Bura baxın, axı Siz də sovet adamı olmusuz! Nə baş verdi ki, birdən-birə beyninizdə hər şey dəyişdi və dönüb oldunuz amerika arzusunun təcəssümü? Bizdə hesab edirlər ki, siz maaşı Mərkəzi Kəşfiyyat İdarəsindən alırsız…
Saakaşvili: Bəs mən elə bilirdim MKİ-də maaşlar yüksəkdir, mənə niyə belə az verirlər? Zarafatı kənara qoysaq isə, məni belə tərbiyə ediblər.
Sobçak: Deyilənlərə görə, Siz gənc vaxtlarınızda çox qalmaqallı adam olmusuz. Tələbə vaxtı hansısa pornofilm çəkmisiz…
Saakaşvili: Porno – çəkməmişəm. Amma Tbilisdə mafiya və ona qarşı mübarizə aparan təmiz polis haqqında film – bəli, olub elə bir şey. “Komissar Katani”yə çox baxmağımın nəticəsi idi.
Sobçak: Amma Sizin haqda pornofilm çəkilib! Mən Rusiyalı millət vəkilinin çəkdiyi “Yuliya” filmini nəzərdə tuturam. Sizin obraz orada kəndli qadının başına nələr gətirmir, baxmısız həmin filmə?
Saakaşvili: Baxmamışam. Amma ümid edirəm ki, mənim qəhrəmanım orada ləqyaqətlə təmsil olunub.
Sokolova: Kişi ləyaqəti demişkən, bir sutkadır ki, Gürcüstandayam və apardığım müşahidələr göstərir ki, burada çoxlu hündür və yaraşıqlı kişi var.
Saakaşvili: Yüksək qiymətinizə görə təşəkkürlər.
Sokolova: Belə bir fikir var ki, siyasətlə məşğul olan balacaboy kişilər çox təhlükəlidirlər. Çünki fiziki çatışmamazlıqlarını hakimiyyətin avtoritarizmi ilə kompensasiya edirlər. Bundan isə, sözün əsl mənsında, bütün dünya əzab çəkir. Razısız?
Saakaşvili: Bilmirəm. Mənim ən yaxın dostum var idi – Polşanın mərhum prezidenti Lex Kaçinskiy. Onun boyu balaca idi. Napoleon da olduqa balacaboy idi. Məncə insanın boyu heç nəyi həll etmir. Xüsusilə böyük ölkələrin liderlərindən söhbət gedəndə. Məncə siyasi uğurların səbəbi başqa şeydir. Uzağı görmək qabiliyyəti. Əgər kimsə uzağı görə bilmirsə, ona başqa heç nə kömək edə bilməz.
Sobçak: Cənab prezident, nə qədər utansaq da, amma elə bir sual var ki, onu soruşsaq bizi öldürərlər, soruşmasaq ölərik.
Saakaşvili: İstədiyiniz sualı verə bilərsiz.
Sokolova: Siz Tina Kandelaki adlı qızı tanıyırsız?
Saakaşvili: Tanıyıram. Nə vaxtsa Moskvada rastlaşmışam, yeri gəlmişkən, səhv etmirəmsə elə GQ barında. Necə bəyəm?
Sobçak: Mənə dəhşətli dərəcədə ağır olsa da deyəcəyəm, Rusiyada hamı bu haqda danışır… Zəhmət olmasa deyin görək, sizin aranızda nə baş verib? Siz onu Gürcüstana niyə buraxmırsız?
Saakaşvili: Necə yəni mən Tina Kandelakini Gürcüstana buraxmıram? Mən istəsəydim belə, texniki cəhətdən bunu həyata keçirmək qeyri-mümkündür!
Sobçak: Tina rus mətbuatında iddia edir ki, Siz onu təqib edirsiz, ona və ailəsinə hədə-qorxu gəlirsiz. O İctimai palatanın üzvüdür.
Saakaşvili: Hədə-qorxu gəlirəm?
Sokolova: Bu hələ harasıdır, Tina deyir ki, hər şeyin əsasında duran odur ki, o Sizi bir kişi kimi inkar edib.
Saakaşvili: Necə-necə?
Sokolova: Bizim günümüzə bax da…Gör prezidentlərə necə sual verməyə məcbursan! Əlqərəz, Tina Kandelaki iddia edir ki, Sizinlə yatmağa girməkdən imtina edib.
(Uzun fasilə)
Saakaşvili: Siz bayaq necə dediz, xanım Kandelaki Rusiya İctimai palatasının üzvüdür?
Sobçak və Sokolova: Hə!
Saakaşvili: Ola bilər ki, belə bəyanatlar ona siyasi karyerasında uğur qazanmaq üçün lazımdır. Amma, zənnimcə o ancaq özünə ziyan vurur. Hazırda Rusiyada millətin qızıl fondu sayılan çoxlu gürcü yaşayır – həkimlər, müalicə mərkəzlərinin rəhbərləri, Rusiya İncəsənət akademiyasının sədri, rəqqaslar, müğənnilər. Onlardan heç kim indiyə qədər Gürcüstana qarşı heç bir bəyanat verməyib. Onlar bizim siyasətlə razılaşır və ya bizi tənqid edirlər – amma heç vaxt bizə hücum etmirlər. Çünki hamı başa düşür ki, bizim ölkələr arasındakı problemlər tezi-geci, bir gün aradan qalxacaq və biz istəmirik ki, bizim xalqlar bir-birinə düşmən kimi baxsınlar.
Sobçak: Əsl siyasətçi cavabı.
Saakaşvili: Mən kişi kimi də cavan verə bilərəm, amma kobud səslənər.
Sokolova: Biz qulaqlarımızı tuta bilərik.
(davamı var)
Cavid Behruz
Son günlər əksər yazılı və virtual medianın gündəmini bir ayı məşğul edib gedir. Bu həmən o ayıdır ki, Azərbaycan xalqından və onun problemlərindən daha çox əhəmiyyət kəsb edir. Az qalsın iki ilə yaxındır pensiyaçıların artmayan pensiyalarından da, gündən günə baş alıb gedən infilyasıyadan da daha əhəmiyyətlidir bu ayı… Hətta bu ayı ANS telekanalında yeni yayıma başlayacaq olan evləndirmə proqramı “Toy olsun”u da, Mirşahin Ağayevlə Eynulla Fətullayev arasındakı məzələnmələri də kölgədə qoyub. Deyəsən bəziləri bu müqəddəs ayı bu ayıyla səhv salıblar. Azərbaycan dili də qəribədir eee. Hara dartsan oraya uzanır. Hə, sözümüzü yayındırmayaq bu ayı həmdə o ayıdır ki, Azərbaycanın iki böyük partiyasının öndə gələn şəxsləri onu paylaşdıra bilmir. Yəqin o qədər inkişaf etmişik ki, heç bir sosial problemimiz qalmayıb, Qarabağı da alıb orada qaraca qızın ayıyla rəqsini seyr edirik. Ya da o qədər harınlamışıq ki, ayı kababın dadmaq istəyirik, yanında da yüz illik çaxır… Nə bilim, evdə bişməyib, qonşudan gəlməyib. Sadəcə bunu deyə bilərəm; Allah ayılarını qoru…
Bu gün Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatının ildönümüdür.
![]()
Ə. Elçibəy 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.
Ə. Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. O, 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.
1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib. Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də vəfat edən Əbülfəz Elçibəy Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilib.
İllərdir əfsanələşmiş mobil telefon oyunu “Snake” geri gəlir; ancaq oyunun casusluq etdiyi iddiası ortalığı qarışdırıb.
İllərdir əfsanələşmiş mobil telefon oyunu “Snake” geri gəlir; ancaq oyunun casusluq etdiyi iddiası ortalığı qarışdırıb.
Antivirus təmin edicisi “Symantec”-dən araşdırmaçılar bir Android tətbiqiylə əlaqədar böyük bir gerçəyi üzə çıxartdı. Tapsnake adlı pulsuz olan tətbiq əslində, çox yaxşı bildiyiniz illərdən bəri telefonlardakı oyun hissələrinin olmazsa olmazı ilandan başqa bir şey deyil. Ancaq tətbiqin Symantec tərəfindən ortaya çıxarılan istiqaməti, Tapsnakenin 15 dəqiqədə bir, istifadəçinin GPS koordinatlarını serverə göndərməsidir.
Serverə göndərilən koordinatlar isə, Tapsnake-ni hazırlayan şirkətin başqa bir tətbiqi olan GPS Spy tərəfindən göstərilə bilir. Bu tətbiqin qiyməti isə 4.99 dollardır. Symantecin verdiyi məlumatlara görə Tapsnake 1000 ilə 5000 arasında endirilərkən, GPS Spy 100 elə 500 dəfə endirilmiş.
Android telefonlarında Tapsnake olan istifadəçilərin dərhal qorxmasına da ehtiyac yoxdur. GPS Spy ilə harada olduğunuzu bilmək istəyən adamın fiziki baxımdan da telefonunuza daxilolma icazəsi olması lazımdır.
İki tətbiqin də istehsalından məsul olan firma Maxicom.net isə bu mövzuda hələ də səssiz qalır.
Bu gün Azərbaycan dili və əlifbası günüdür. Azərbaycanda ilk dəfə latın qrafikalı əlifbadan istifadə 1918-ci ilə – Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Həmin dövrdən əvvəl rəsmi yazışmalar ərəb qrafikalı əski əlifba ilə həyata keçirilirdi. Sovet hakimiyyəti illərində də Azərbaycan əlifbasında dəyişiklər edilir və kiril qrafikasına keçilir.
1991-ci il, dekabrın 25-də Azərbaycan Ali Soveti latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması ilə bağlı qərar qəbul edir. Bunun tam rəsmi tətbiqinə 10 il sonra başlanılır və bütün çap məhsulları latın qrafikalı Azərbaycan əlifbası ilə nəşr olunur.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini Məsud Mahmudovun sözlərinə görə, yeni çap olunan kitabların hamısı latın qrafikası ilə çap olunur: “Əvvələr elmi dəyəri olan kitabları isə biz tədricən hamısını çap etdirmişik. Bütün əsərlər çap olunub. Azərbaycan dilinin izahlı lüğəti çap olunub. Azərbaycan əbədi dil tarixi 4 cildə çap oluunb. İki dilli lüğətlər var. Latın qrafikasına keçdikdə, bizim təcrübəmizdən öyrənirlər. Məsələn Qazaxıstandan, Özbəkistandan gəlib bizdən soruşurlar ki, biz latın qrafikasına necə keçmişik. Onlar da qrafikaya keçməyə hazırlaşır”.
Çingiz hələ ölümündən əvvəl milyonlarla azərbaycanlının ürəyində və beynində Milli Qəhrəman kimi həkk olunmuşdu.
Qısa həyatı və hətta öz ölümü ilə Çingiz Mustafayev “vətənpərvərlik – dəbdə deyil” kimi fikirləri alt-üst etdi. Çingiz “vətənpərvər” sözünün həqiqi mənasını özünə qaytardı. Əgər onun kimiləri daha çox olsaydı, kim bilir, bəlkə də biz Qarabağı itirməzdik…
O bizim yaddaşımızda elə belə də qaldı – tikə-tikə edilmiş Xocalı körpələrinin nəfəssiz bədənləri üzərində ağlayan Çingiz Mustafayev. Bu, onun ermənilər tərəfindən törədilən qanlı faciə yerində çəkdiyi ilk kadrlar idi. Bütün dünyanı gəzən və erməni separatçılarının vəhşiliyini nümayiş etdirən ilk kadrlar. Yəqin ki, Çingiz elə onda milyonlarla azərbaycanlının ürəyində və beynində Milli Qəhrəman kimi həkk olundu.
Görəsən, Çingiz ömrünün sonuna necə az qaldığını bilsəydi… Yox, o, müharibənin az hiss edildiyi şəhərdə gizlənməzdi, təhlükəli cəbhə müxbiri peşəsindən əl çəkərək artıq tanınmış jurnalist kimi qalmağı üstün tutmazdı. O, Qarabağın taleyi həll olunan, əsgərlərin həlak olduğu, qadın və uşaqların ermənilər tərəfindən girov götürüldürü cəbhəyə doğru can atırdı.
Əgər o bilsəydi… Qorxmadan demək olar ki, o, heç bir təhlükəyə baxmadan ölkəsinin taleyi həll olunan cəbhəyə yenidən qayıdardı. Çingiz Mustafayev təhlükə riskinin nə qədər böyük olduğunu çox yaxşı başa düşürdü, amma həmin vaxt Bakıda hakimiyyət uğrunda mübarizə aparan yalançı vətənpərvərlərdən fərqli olaraq özünü qırağa çəkmədi.
Çingiz üçün Vətən, Azərbaycan anlayışı yəqin ki, “ana”, “həyat”, “ailə” sözlərinin daşıdığı məna ilə bir idi. Onları satmaq olarmı? Məhz buna görə də Çingiz əsgərləri geri çəkilməməyə, vicdana çağırmaq üçün son nəfəsinə qədər qışqırırdı: “Kişisiniz yoxsa, yox?”. Şərq kişisi üçün onun cəsarətini şübhə altına almaqdan o yana heç bir təhqir yoxdur. Kim bilir, bəlkə də bu, onun artıq tarix qarşısında qoyduğu məsələdir. Geri çəkilən əsgərlərə çağırışı ilə o, doğma torpağı müdafiə etməyə kömək etdi. Çingiz Azərbaycana lazımdır. Gün gələcək ki, itirilmiş torpaqlar uğrunda döyüşmək lazım gələcək. Bax onda qorxusuz və məzəmmətsiz arxası ilə digərlərini aparan onlarla, yüzlərlə Çingiz lazım olacaq.
Bu gün Azərbaycanda Çingiz Mustafayev adına radiostansiya, Çinfiz Mustafayev adına fond fəaliyyət göstərir. Amma Çingizin özü yoxdur- 18 il bundan əvvəl o, bizi əbədi olaraq tərk edib.
Qazaxıstan prezidentinin etirazına məhəl qoyulmadı
![]()
Qazaxıstanda hazırkı prezident Nursultan Nazarbayevə xüsusi imtiyazlar verən Ümummilli lider haqqında qanun qüvvəyə minib. Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, sənədi parlamentin hər iki palatasının sədri və baş nazir imzalayıb, qanun rəsmi mediada dərc olunub.
Qeyd edək ki, parlament bu təşəbbüslə mayın ortalarında çıxış edib. Nursultan Nazarbayev özü bu təşəbbüsə qarşı çıxdığını bildirib və sənədi imzalamayıb. O bildirib ki, prezidentin ləyaqət və şərəfini qorumaq, onun toxunulmazlığına zəmanət verilməsi ilə bağlı məsələlər Konstitusiyada və digər qanunlarda əksini tapıb.
17 il əvvəl ölkədə başlanan vətəndaş müharibəsi hakimiyyəti Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur etdi.
Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncədə baş verənlərlə bağlı arayış verir. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçilir.
Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.
Daşnakların Ərzurum, Qars, İğdır və Vanda həyata keçirdikləri soyqırım nəticəsində yüz minlərlə insan amansızlıqla öldürülüb!
Türkiyə və dünyanın bəzi ölkələrinin tarixçiləri tərəfindən qardaş ölkədə erməni vəhşiliyini araşdırmaq üçün xeyli vaxtdan bəri aparılan arxeoloji qazıntıların nəhayət, ilkin nəticələri açıqlandı. Ərzurum, İğdır, Qars və Vanda həyata keçirilmiş qazıntılar ermənilərin 1915-1918-ci illərdə hansı vəhşilikləri törətdiklərini üzə çıxardı.
Dəhşətli qətliamlar
Ərzurumda şəhər mərkəzinə bağlı Yaşılyayla, Əziziyyə rayonlarının Alaca, Pasinlər və Tımar kəndlərində həyata keçirilmiş arxeoloji qazıntılar zamanı ermənilərin törətdiyi qətliamlar və vəhşilikləri təsdiq edən onlarla fakt üzə çıxarılıb.
Atatürk Universitetinin Erməni Məsələsini Araşdırma Mərkəzinin rəhbəri Erol Kürkçüoğlu bildirib ki, Ərzurumda həyata keçirilən arxeoloji qazıntılar zamanı Alacada 268, Yaşılyaylada 95 və Tımar kəndində 300 insan skeleti aşkarlanaraq üzə çıxarılıb.
Şəhər mərkəzindəki qətliamların Yanıkdərə Karsqapı, Yaqutiyyə kışlası, Ezirmikli Osmanağa və Mürsəl Paşa mehmanxanaları, Gölbaşı Hacı Əhməd Hanı, Stansiya bəndləri və Firdevsoğlu qışlaqlarında olduğunu vurğulayan Kürkçüoğlu deyib ki, aparılan araşdırmalar zamanı Ərzurumun mərkəzində 9553 nəfər, ətraf kəndlərlə birilikdə isə 50 min insan erməni dəstələri tərəfindən kütləvi şəkildə qətlə yetirilib. «Rus zabit Tverdo Xlebovun öz briqadasına göndərdiyi teleqrafın mətni də qətliamın hansı vəhşiliklə həyata keçirildiyini ortaya çıxarır. Xlebovun teleqrafında yazılır: «Bizi buradakı görəvimizdən alın. Erməni vəhşilərin günahsız insanları öldürməsinə seyirçi qala bilmərik». Bununla da o, türk insanının birmənalı şəkildə qətliama uğradığını deyib».
Toplu məzarlıqlar erməniləri ifşa etdi!
Kürkçüoğlu Ərzurum mərkəzində erməni qətliamları nəticəsində ölənlərin hal hazırda Yüzüncü İl Parkının yerləşdiyi sahəyə basdırıldığını deyib. «Erməni dəstələri əsasən yaşlı, qadın və uşaqlardan ibarət müdafiəsiz şəxslərəi hədəfə alıb. Doğu və Güney Anadoluda 185 toplu məzar var. Bunlardan 9-nun üzərini aça bilmişik».
Aparılan arxeoloji qazıntılar Vanda da həyata keçirilib. Professor Kürkçüoğlu deyib ki, 1915-1918-ci illərdə baş vermiş hadisələrin üzə çıxmasına Zeve Şəhidliyinin böyük rolu olub. Belə ki, Vandan 18 kilometr uzaqlıqda yerləşən Çitörən kəndi yaxınlığında yerləşən Zeve Şəhidliyinin cənub yamacında beynəlxalq müşahidəçilərin də iştirakı ilə aparılan qazıntılar nəticəsində xeyli sayda məzarlar üzə çıxarılıb. 1915-ci ildə erməni silahlı dəstələrinin törətdiyi vəhşiliklərin şahidi olmuş İbrahim Sarğının yer göstərməsi və bəzi sənədlər əsasında 4 kv.m-lik ərazidə aparılan qazıntılardan sonra 12 nəfərlik qadın və uşaq məzarı tapılıb.
Analoji axtarışlar Qarsda da həyata keçirilib. Bu barədə məlumat verən Yüzüncü Yıl Universitetinin rəsmiləri deyiblər ki, sözügedən şəhərdə ermənilər tərəfindən Dərəcik və Subatan kəndlərində aparılan qazıntılarda erməni quldurları tərəfindən qətlə yetirilmiş toplam 930 nəfərin cəsədi tapılıb. Kars Muzeyinin müdiri Nəcməddin Alp 2003-cü ildə Dərəcik kəndində aparılan arxeoloji qazıntıların 9 gün davam etdiyini vurğulayıb. O deyib ki, 1918-ci ildə erməni quldurları Dərəcik əhalisini kəndin mərkəzindəki böyük samanlığa yığaraq, onları yandırıblar. «Bu qətliamda 360 türk şəhid edilib. Kəndin mərkəzindəki samanlığın yerində aparılan 9 günlük araşdırmadan sonra bunu üzə çıxara bildik. Həmin qətliamın nəticələri beynəlxalq təşkilatlara təqdim olunub».
Birinci Dünya Müharibəsində soyqırımı türklər yox, ermənilər törədib!
Alp daha sonra deyib ki, 1918-ci ilin aprelində erməni quldur dəstələri Qarsdan geri çəkilən zaman Subatan kəndindən keçiblər. Həmin kəndin 570 sakinini öldürüblər. Onların hamısı qadın və uşaqlar olub.
İğdırda həyata keçirilən qazıntılar isə Oba, Hakmehmet və Tuzluca rayonlarını əhatə edib. Bu rayonlarda aparılan arxeoloji qazıntılar nəticəsində üzə çıxan faktlar bir daha təsdiq edir ki, Birinci Dünya Müharibəsi zamanı soyqırımı türklər yox, ermənilər həyata keçiriblər. Erməni dəstələri rus işğalı altına düşmüş Oba kəndində tarixə «Təndir Qətliamı» adı ilə düşmüş dəhşətli hadisəni törədiblər. Burada aparılan araşdırmalar nəticəsində 90 nəfərin cəsədi tapılıb. Hakmehmet kəndində də qətliam törədən ermənilər kənd sakinlərini qıraraq, onların cəsədlərini basdırmaq üçün quyu qazıblar. Həmin quyunu tapmaq isə Erol Kürkçüoğluna və onunla birlikdə qazıntı işləri aparan İtaliya və Avstriyadan gəlmiş tarixçilərə nəsib olub. Həmin vaxt kəndin mərkəzindəki quyunu tapmaq üçün 12 metr dərinliyində quyu qazılıb və nəhayət, sonda üst-üstə qalaqlanmış insan skeletləri üzə çıxarılıb. Oradan 80 nəfərin meyti aşkarlanıb.
Tuzlucadakı dəhşətli hadisə isə Gədikli kəndində cərəyan edib. Arxeoloqların verdiyi məlumata görə, həmin rayonda aparılan araşdırmalar nəticəsində toplu məzarların sayı müəyyən edilir. Onlardan birini aşkarlayan Misir, Fransa və Avstriyadan gəlmiş tarixçilər həmin qəbristanlıqdan 150 türkün cəsədini çıxarıblar.
Ceyhun
Milli.Az
“Cənubi Qafqaz ölkələri arasında Ay, Mars və Venerada ərazi alanların sayı baxımından Azərbaycan lider sayılır”
Qalaktikanın digər planetlərində torpaq sahəsi neçəyədir?
Ay və ya Marsda ərazi almaq istəyən varsa, istəyini gerçəkləşdirə bilər. Özü də Bakının ayrı-ayrı səmtləri və ya həndəvərlərindən fərqli olaraq, həmin planetlərdəki ərazilər ucuz qiymətə satılır.
Hətta çox ucuz qiymətə.
… Bakıda hansısa iki qonşu bəzən iki kvadrat metr torpaq üstündə qırğına çıxır, biabırçılıq, söyüşmə və bıçaqlaşmadan belə çəkinmirlər. Nə var ki, bir qonşunun hasarı o biri qonşunun “yol”unu kəsir.
Torpaq məsələsi yalnız Bakıda başağrısı deyil.
Avropa, Amerika və ya Şərqi Asiyada da eyni mənzərədi.
Məsələn, bu ayın əvvəlində Çinin Şençjen vilayətində iki qonşu bir-birini ov tüfəngindən güllələyib. Li Syzanın bağının 4 kvadrat metrlik sahəsini dovşan saxladığı yer üçün qəsb edən Çjan Qansuana xəbərdarlıq olunsa da, hasarı sökməyib. İki qonşu sözləşib, mübahisə mərəkəyə çevrilib, axırda Li ilə Çjan ov tüfənglərinə əl atıblar.
Ağır yaralanmış qonşular xəstəxanaya aparılıblar və orada da Li Szyan keçinib.
Torpaq qıtlığı Bakıda son illər nəzərə çarpan problemlərdəndir. Sovet dönəmlərində şoran çöllüklər olan Bakı həndəvərlərində tikinti elə vüsət alıb ki, qonşuluqdakı iki binanın aynaları bəzən bir-birinə tam paralel vəziyyətdədir.
Bəhs etdiyimiz problemin gerçəkdən də bəşəri xarakter daşıdığını anlayanlar az olmasa da, onların arasında yalnız bir nəfər ekstraordinar, ona qədər kimsənin etmədiyi bir əməli gerçəkləşdirmək fikrinə düşdü.
Planetləri “özəlləşdirən” adam
ABŞ vətəndaşı Dennis Houp 1980-ci ildə beynəlxalq qanunlarda bəzi nöqsanları aşkarladı. O nöqsanları ki, Houpa tamamən qanuni şəkildə bir kimsənin sahib olmadığı əraziləri ələ keçirməyə imkan verdi.
Yəqin ki, çoxları Cek Londonun yazdıqlarını oxuyub.
Londonun əsərlərində təsvir etdiyi “Vəhşi Qərb”i fəth edərək hinduların ərazilərinə yiyələnən ilk pionerlərin dönəmlərindən gələn qanun hələ də işləkdir.
Həmin qanuna görə, Şimali Amerikada rəsmi qurumlar, şirkət və özəl şəxsə məxsus olmayan ərazi dövlət torpaqları sayılsa da, hər hansı vətəndaş onu özününküləşdirə bilər.
Yetər ki, həmin əraziyə sahibliyini sübut edə bilsin.
Daha doğrusu, o torpaqların ilk sahibi kimi tanınsın və ya özünü tanıtsın.
Dennis Houp da eynən bu anlama əsaslanaraq müvafiq sənədləri hazırladı və dövlət orqanlarına müraciət etdi. Onun müraciətinə rədd cavabı verən tapılmadı.
Daha sonra o, BMT, SSRİ, ABŞ, Çin, Kanada və başqa ölkələrin dövlət başçılarına məktublar yollayıb bildirdi ki, bəs “beynəlxalq qanunlara müvafiq olaraq Ay planetini şəxsi mülkiyyəti elan edir”.
Yenə də etiraz edən tapılmadı.
Zira BMT-ə daxil olan dövlətlərin hələ 1967-ci ildə imzaladığı sazişə görə, heç bir astronomik cisim, o cümlədən Ay planeti hansısa dövlətin mülkiyyəti və ya milli mənsubiyyət altında olan ərazi sayıla bilməz.
Bu minvalla Houp 1980-ci ildə “Ay səfirliyi” (“The Lunar Embassy”) adlı şirkət yaradır və başlayır Ay planetindəki “ərazi”ləri satmağa.
İndiyədək Ayda torpaq almış minlərlə şəxsin arasında tanınmış siyasətçilər, şou-biznes mənsubları, Hollivud ulduzları, konqresmenlər, müxtəlif ölkələrin məşhur vətəndaşları və hətta ABŞ-ın iki sabiq prezidenti var.
Təbii ki, onlar sadəlövh deyillər və Ayda ərazi almağa da sadəcə, bir əyləncə kimi baxırlar.
Bundan başqa, Ay, yaxud da Marsda ərazi əldə etməyə xərclənən pullar da həmin şəxslər üçün qayət önəmli məbləğ olmadığı üçün “Ayda torpaq sahəsinə sahiblik sənədi”ni şou-biznesin daha bir ünsürü, əyləncəli reklam məqamı hesab edirlər.
Postsovet məkanında isə vəziyyət fərqlidir, çünki həyat səviyyəsi, rifah durumu və gəlirlərin məbləği sarıdan Qərblə böyük fərqlər mövcuddur.
Təşəxxüslülər üçün tələ
Houpun yaratdığı və rəhbərlik etdiyi şirkətin Bakıda nümayəndəliyi olmadığından Azərbaycan vətəndaşlarının bu ekzotik yolla aldadılması “Lunar Embassy” şirkətinin Rusiyadakı nümayəndəliyi vasitəsilə həyata keçirilir.
Müştərilərə də Ayın ən müxtəlif səmtlərində ərazilər təklif olunur.
Şirkətdən verilən məlumata görə, Azərbaycan vətəndaşları indiyədək Ayın görünən tərəfində, yəni Reyt vadisi, habelə Metiy, Fabrisius və Jansen kraterlərinin yanlarında “torpaq”olar alıblar.
Torpağı alan müştəriyə 6 sənəd verilir:
Onlar “Ay Konstitusiyası”, Ay səthinin xəritəsi, Ay planetində sahəsi müştəri tərəfindən müəyyənləşdirilərək pulu ödənmiş əraziyə sahibliyi təsdiqləyən sertifikat ($99), “Kosmik fəza tədqiqatçısının pasportu” ($49), “100 Ay dolları” adlı unikal suvenir əskinas ($10), Ayda satın alınmış ərazinin kosmik peykdən çəkilmiş fotoşəkli ($15 dollar).
İngilis dilində yazılmış bu sənədlərin ölçüsü 11×14 düymdür (1 düym = 2,54 sm).
Neçə azərbaycanlı digər planetlərdə torpağa pul sayıb?
Bu absurd və cəfəngiyyata daha çox bənzəyən manipulyasiya ilk baxışdan inanılmaz görünsə də, Azərbaycanda artıq 24 nəfərin Ayda, 6 nəfərin isə Marsda ərazi aldıqları bildirildi.
Ayda ərazilərin qiymətlərinə gəldikdə isə, “Lunar Embassy”dən verilən açıqlamalar maraqlı idi.
Bəlli oldu ki, Ayın görünən tərəfində 1 akr, yəni 0,4 hektar ərazinin qiyməti $120-yə barəbərdir.
Ayın görünən tərəfində iri ərazinin, yəni 10 akrın (4 hektar) satış qiyməti $890-a bərabərdir.
Mars planetinə gəldikdə isə, orada 1 akrın qiyməti $130 təşkil edir.
“Qırmızı planet”də torpaq alana “Sahiblik barədə Müqavilə”, “Mars Konstitusiyası” və satın alınmış ərazinin yerləşdiyi yerin göstərilməsii şərtiləə Mars səthinin xəritəsi verilir.
Marsda 10 akrlıq iri ərazi $3200-ə satılır.
Ayda ərazi ilə bağlı Milli.Az xəbər portalının əməkdaşının “Lunar Embassy” ilə elektron poçt vasitəsilə yazışması zamanı sövdələşmədə bizə bu planetdəki Bürkü Körfəzində, Eratosfen kraterinin sağ tərəfində 12 hektar “ərazi” təklif olundu.
Daha sonra isə Marsda, “Qrand Kanyon”un yaxınlığında, Tarsis vulkanlarının sol səmtində 5 hektar “boş ərazi”nin olduğu vurğulandı.
Ofisi Rusiyanın Sankt-Peterburq şəhəri, Liqovskaya prospekti, 130 ünvanda yerləşən şirkətin meneceri Yelena Avdotyevanın dediyinə görə, onların İrkutskda, Ukraynanın paytaxtı Kiyevdə, habelə Belarus və Moldovada nümayəndəlikləri var:
“Bizim fırıldaqla məşğul olduqlarımızı deyənlər yanılır və əsassız iddialarla çıxış edirlər. 1980-ci ilin noyabrından bəri “Lunar Embassy” şirkəti Ayda 1 milyondan artıq, Mars və Venerada isə 500 minə yaxın ərazi satıb. Rusiyada 1998-ci ilin dekabr ayından fəaliyyət göstəririk və müştərilərimiz arasında ən məşhur adamlar – siyasətçilər, aktyorlar, müğənnilər, jurnalistlər, yazıçılar, bank, kazino və restoran sahibləri var”, – deyə Y.Avdotyeva söylədi.
Onun dediyinə görə, Azərbaycanda da müştəriləri sürətlə artır. Belə ki, Cənubi Qafqaz ölkələri arasında Azərbaycan Ay, Mars və Venerada ərazi alanların sayı baxımından şəksiz lider sayıla bilər.
Yerli “kosmik sahibkar”lara gəldikdə isə, onların arasında ən müxtəlif peşə sahibləri, o cümlədən müğənni Ədalət Şükürov da var.
Şirkət mənsubları onu da söylədilər ki, hazırda “Lunar Embassy”nin sahibi Denis Horupun mülkiyyətində olan daşınmaz əmlakın, yəni Ay, Mars və Venera planetlərindəki ərazilərinin toplam dəyəri $800 trilyona yaxındır.
Ötən ilin ortalarından etibarən isə Houpun şirkəti ayda hər biri 1777 akr olan 3 milyona yaxın sahəni satışa çıxarıb.
“Ümid edirik ki, vaxt gələcək, BMT-də rəsmi nümayəndəmiz də olacaq”, – Y.Avdotyeva söylədi.
“Məni bağışlayın, amma bu əsl sərsərilikdir”
Ay, Mars və Venerada ərazilər alaraq “Lunar Embassy”ə pul ödəmiş vətəndaşlarımız gerçəkdən də, həmin sahələrin sahibləri sayıla bilərmi?
Hüquqşünas Mənsur Qurbanovun dediyinə görə, Arktika və Antarktida olduğu təki, Günəş sistemindəki və ya xaricindəki planetlər, səma cisimləri və s.-də kimsənin ərazi alıb satmaq hüququ yoxdur.
“Planetlərdəki ərazilər heç bir dövlətə məxsus deyil və ola da bilməz. Beynəlxalq hüquqa, dövlətlərarası anlaşmalara görə heç bir dövlət, təşkilat və ya şəxs həmin planetlərdə hansısa əraziyə iddialı ola bilməz. “Lunar Embassy” adlanan şirkətin fəaliyyətinə gəldikdə isə, bu, tipik maliyyə fırıldağıdır və onların indiyədək məsuliyyətə cəlb olunmamalarının yeganə səbəbi təşkilatın ABŞ ərazisində yerləşməsi, fəaliyyətinin də həmin dövlətin qanunvericiliyi çərçivəsində nizamlanmasıdır. Birləşmiş Ştatların qanunları isə, belə fəaliyyətin vətəndaşların bilavasitə aldadılması, maliyyə fırıldaqları və qanun pozuntuları üzərində qurulmadığı halda “Lunar Embassy” təki şirkətlərin işini qeyri-legitim hesab etmir. Həmin şirkət Ay, Mars və Venerada ərazi satır. Məni bağışlayın, amma bu əsl sərsərilikdir. Azərbaycanda da həmin şirkətin xidmətlərindən yararlanmış insanlara isə pullarını kağız parçasına verdiklərini deyirəm. O “sahiblik müqavilələri”nin heç bir hüquqi dəyəri yoxdur, ola da bilməz”, – M.Qurbanov söylədi.
Beynəlxalq hüquq və əmlak hüquq sahəsində fəaliyyət göstərən mütəxəssislərin də fikri təxminən belədir.
… “Lunar Embassy” isə Azərbaycanda yeni sadəlövhlər, təşəxxüslərini “Ayda torpağım var” kimi primitiv və eqoist öyünmələrlə təmin etməyə çalışan pullu adamlar arayır.
Həsən Ağacan
Milli.Az
“Yeni silah sistemlərinin alınması və quraşdırılması nəticəsində Silahlı Qüvvələrimiz Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir. Cənab prezident, sizə məruzə edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisində hansı yerdə olmasına baxmayaraq hər bir hədəfi məhv etməyə imkanı var”. “Media forum” saytının məlumatına görə, müdafiə naziri Səfər Əbiyev aprelin 23-də ordu quruculuğuna həsr edilmiş müşavirədəki çıxışında belə deyib.
Prezident İlham Əliyevin, baş nazir Artur Rasizadə və Müdafiə Nazirliyinin baş qərargah rəisi Nəcməddin Sadıqovun iştirakı ilə keçirilən müşavirədə Səfər Əbiyev Azərbaycan ordusunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlərdən danışaraq bildirib ki, tədris ilində birlik və birləşmələrin 70-dək komanda-qərargah təlimi keçirilib.
Səfər Əbiyev deyib ki, Azərbaycan Silahlı Qüvvələri, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunların hərbi hissə və bölmələrinin 2009-cu ildə keçirilən birgə əməliyyat-taktiki təlimində qoşunlar yüksək döyüş məharəti nümayiş etdirib, döyüş hazırlığı prosesində hücum əməliyyatının aparılması, dağ şəraitində döyüş texnikası və silahların tətbiq edilməsinin üsul və metodları geniş öyrənilib, şəxsi heyətin bilik və bacarığı təkmilləşdirilib: “2009-cu ildə kəşfiyyat imkanlarının yüksəldilməsi məqsədi ilə strateji və taktiki səviyyədə kəşfiyyatın qüvvə və vasitələrinin imkanlarının artırılması, idarəetmə sistemlərinin təkmilləşdirilməsi və kəşfiyyatın qarşısında qoyulan tapşırıqların yerinə yetirilməsi üçün strateji və taktiki səviyyədə pilotsuz uçuş aparatları, radio-kəşfiyyat və radio-elektron mübarizə, gecə-gündüz uzaqməsafəli müşahidə, o cümlədən qoşun və xüsusi təyinatlı bölmələrdə kəşfiyyatçıların fərdi gecəgörmə vasitələri alınıb. Keçən il əlahiddə kəşfiyyat taborları üçün yeni texnika alınıb, onları öyrənmək məqsədi ilə kurslar təşkil edilib, zabit və gizirlərə erməni dili kursu keçilib.
2009-cu ildə Silahlı Qüvvələrin artilleriya hissə və bölmələrinin peşəkar şəxsi heyəti, müasir silah və texnika, avtomatlaşdırılmış idarəetmə sistemləri, o cümlədən müasir yaylım atəşli reaktiv sistemləri ilə komplektləşdirilməsi nəticəsində yaxın və uzaq məsafələrdə yerləşən düşmən hədəflərinin böyük bir ərazidə məhv edilməsi imkanı yaradılıb. Artilleriya atışlarının yüksək dəqiqliklə hazırlanması üzrə meteoroloji stansiyalar istifadəyə verilib, qısa vaxt ərzində döyüş təyinatları rayonlarına vaxtında çıxışı təmin etmək məqsədi ilə top və qurğular yeni dartıcılarla təmin olunub. Hissə və bölmələrin optik hesablama cihazları, həmçinin radiolokasiya stansiyaları ilə təchiz olunması düşmənin hərəkətsiz və hərəkətli hədəflərini dəqiqliklə qısa müddət ərzində aşkar edilərək atəşlə zərərvurma vasitələrinə ötürülməsini təmin edib.
Keçən ilin sonuna istismarda olan silahlar müasir tipli optik gündüz və gecəgörmə nişangahları, müşahidə cihazları ilə kompleksləşdirilib. Bu prosesin davam etdirilməsi üçün hazırda müasir tipli cihazların alınması və hərbi hissələrə təhvil verilməsi həyata keçirilməkdədir. Birləşmələrin zirehli texnikası üzərində modernləşdirmə işləri aparılıb, atəşin və döyüşün müasir tipli idarəetmə sistemlərinin quraşdırılması işləri başa çatdırılıb. Bunun nəticəsində maksimal uzaqlıqda yerləşən düşmən hədəflərini hava şəraitindən asılı olmayaraq gecə və gündüz məhv etmək imkanı əldə olunub. Yaxın zamanlarda tank əleyhinə raket sistemlərinin alınması nəticəsində düşmənin zirehli texnikasına zərərvurma imkanları qat-qat artırılıb”.
Nazir Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və texnikanın modernləşdirilməsi, bu sahədə yeni silahların tətbiqi istiqamətində aparılan işlərdən danışaraq deyib: “Aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Aviasiya üzrə yeni kompleks uçuş simulyatorlarının alınması və quraşdırılması nəticəsində uçuş heyətinin hazırlığının keyfiyyəti yüksəlib və aviasiya texnikasının texniki resurslarına qənaət olunub. Zenit-raket qoşunları üzrə zenit-raket komplekslərinin modernləşdirilməsi nəticəsində döyüş texnikasının səmərəliliyi və atəş imkanları artırılıb. Hərbi Hava Qüvvələrinin modernləşdirilmiş döyüş texnikalarında rəqəmsal məlumat mübadiləsinin təmin edilməsi üçün yeni rabitə kanalları yaradılıb”.
Hərbi Dəniz Qüvvələrinin döyüş potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışan Səfər Əbiyev deyib: “Gəmilərdə müasir naviqasiya, rabitə, radar və hidroakustik vasitələrin quraşdırılması işləri aparılmış və döyüş gəmilərinin mühərriklərinin yeniləri ilə əvəz olunması üzrə tədbirlər planlaşdırılıb.Gəmi inşa və təmiri sektorunuda 200 tonluq patrul kateri inşa edilib. Cənab prezident, məruzə edirəm ki, bu 200 tonluq kateri biz öz qüvvəmizlə özümüz inşa edib istifadəyə vermişik. O, indi də bizim Hərbi Dəniz Qüvvələrindədir. Eləcə də 21 gözətçi gəmisi əsaslı təmir olunaraq yeni silah və texniki vasitələrlə təchiz edilib.
Cənab prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı, hər bir dövlətin əsas təməllərindən biri onun güclü ordusunun olmasıdır. Mən böyük qürur hissi ilə bildirmək istəyirəm ki, Azərbaycanın yüksək döyüş qabiliyyətinə, nizam-intizama malik ordusu var. Dövlətimizin və hökumətimizin diqqəti sayəsində Silahlı Qüvvələrimizin möhkəmləndirilməsindən əsas məqsəd işğal olunmuş torpaqları düşmənlərdən təmizləmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, qaçqın və məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaqdır”.
ABŞ prezidenti 1915-ci il hadisələrini “böyük fəlakət” adlandırdı
![]()
Ermənilərin ümidi yenə puça çıxdı. ABŞ prezidenti Barak Obama 1915-ci il hadisələri ilə bağlı danışarkən yenə “soyqırım” sözünü işlətməyib. Barak Obama ötən il olduğu kimi təcüməsi “böyük fəlakət” olan ermənicə “Meds Yeghern” sözünü işlədib.
Obama açıqlamasında 1915-ci ildə 1,5 milyon erməninin Osmanlı imperiyasının son günlərində “qətlə yetirildiyini və ya sürgün edilərək yolda öldüyünü” bildirib. Eyni zamanda o, 1915-ci il hadisələrindən danışarkən “erməniləri xilas edən türklər”dən bəhs edən ilk ABŞ prezidenti olub.
Ekspertlər bir daha bildirirlər ki, Barak Obama seçki öncəsi “erməni soyqırımı”nı tanıyacağı ilə bağlı vədindən ikili siyasət yürütməklə qurtulmağa çalışır. O, bir tərəfdən Türkiyə ilə üz-üzə gəlmək istəməməsi səbəbindən “soyqırım” kəlməsini işlətmir, digər tərəfdən isə “böyük fəlakət”, “XX əsrin ən böyük cinayətlərindən biri” deməklə erməni lobbisini neytrallaşdırmağa çalışır.
Ekspertlər Obamanın bu ilki açıqlamasının ötən ilkindən daha yumuşaq olduğuna da qeyd ediblər.
Ermənistanın paytaxtı Yerevanda, Erməni İnqilabçı Federasiyası Daşnaksütuna bağlı bir qrup, dünən gecə qondarma erməni “soyqırımının” 94-cü il dönümümdə, “soyqırım” xatirəsinə tikilən Tsitsernakaberd abidəsinin qarşısında minlərlə adamın qatıldığı bir etiraz nümayişi təşkil edib.
Ənənəvi olaraq təşkil edilən nümayişlərdə bu il erməni gəncləri üzərində Türkiyə Respublikasının prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və Xarici işlər Naziri Əhməd Davuğlunun şəkilinin də olduğu bayraqları yandırıblar.
Nümayiş əsnasında şüarlar atıb, marşlar söyləyən erməbi gəncləri, Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı olduqlarını söyləyiblər və qondarma Erməni “soyqırımının” tanınması lazım olduğunun vurğulayıblar.
Etirazlar əsnasında, təhlükəsizlik orqanlarının heç bir tədbir almamağı da diqqət çəkib.